Vitamin D çatışmazlığı ürəyə necə təsir edir? – Kardioloq açıqladı
08 İyun 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
5934
28.06.2020, 12:55
Burun əməliyyatları son zamanlar geniş yayılmış plastik əməliyyatlardandır. Bəzən pasiyent burun əməliyyatı zamanı istədiyi nəticəni ala bilmir və uğursuz əməliyyatın qurbanı olur. Təbii ki, uğursuz burun əməliyyatının yaratdığı fəsadları aradan qaldırmaq üçün peşəkar həkim tələb olunur.
Oxu24.com burun əməliyyatları sahəsində tanınmış həkim olan Sənan Mehdiyevlə uğursuz burun əməliyyatlarının yaratdığı fəsadların aradan qaldırılması yollarını müzakirə edib.
- Uğursuz burun əməliyyatından sonra vətəndaş nə etməlidir? Burunu təkrar əməliyyat etməklə istənilən nəticəni almaq olurmu?
- Son zamanlar təkrar rinoplastikaya müraciət edənlərin sayı artmaqdadır.
Hətta basqa ölkələrdən də bizə müraciətlər olur.
Təkrari rinoplastika dedikdə, daha öncədən uğursuz burun əməliyyatı keçirmiş pasiyentlər nəzərdə tutulur.
Ümumiyyətlə onu qeyd edim ki, rinoplastika plastik cerrahiyədə ən mürəkkəb əməliyyat sayılır.
Bu səbəbdəndir ki, dünyanın qabaqcıl cərrahları (burun əməliyyatı ilə məşğul olan )
digər plastik əməliyyatları etmir və daha çox burun əməliyyatı üzərində təkmilləşməyə çalışırlar.
- Uğursuz burun əməliyyatının əsas səbəbi nədir? Bu hər kəsin başına gələ bilərmi?
- Öncə əməliyyatın niyə uğursuz olmasının səbəblərini qruplaşdıraq. Bunlar 3 səbəbdən ola bilər.
1. Həkimin əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilməməsindən.
2. Xəstənin əməliyyatdan sonra həkimin dediklərinə düzgün riayət etməməsindən.
3. Üçüncü qrup da ki, hər ikisi düzgün olduğu halda , yenə sağalma dövründə bəzi problemlərin əmələ gəlməsi ilə əlaqədar olaraq problemlərin ortaya çıxmasından.
Narazı pasientlər ya formadan, ya da nəfəs almadan, bəzən də hər ikisindən narazı olduğunu bildirirlər.
- Hansı müddətdən sonra təkrar burun əməliyyatı etdirmək olar?
- İlk rinoplastikadan adətən bir il keçdikdən sonra təkrar əməliyyat olunması məsləhət görülür.
Amma burada bir çox faktorlar nəzərə alınmalıdır. Bunu da ki, cərrah özü müayinə zamanı təyin edir.
Bəzən bu müddət qısala , bəzən uzana da bilər. Bu əməliyyatdan sonrakı dövrdə xəstənin sağalma tempindən də asılıdır. İlk əməliyyatın hansı üsulla olunmasının da böyük əhəmiyyəti var. Ümumiyyətlə qapalı rinoplastikadan sonra olan fəsadlar açıq rinoplastikadan daha az rast gəlinir. Qapalı rinoplastikadan sonra fəsad olsa da belə, onu aradan qaldırmaq daha asan olur.
Ümumiyyətlə təkrar rinoplastikani həm qapalı, həm də açıq üsulla icra etmək olar. Biz qapalı üsulla təkrar əməliyyatı etməyə üstünlük veririk. Çünki açıq üsulda onsuz da daha öncədən böyük travma almış bir burun, yenidən daha böyük bir travma almağa məcbur qalır. Təkrar rinoplastikalar adətən qabırğa qığırdağından istifadə edilərək düzəldilir. Bu proses isə çox travmatik olur və nəzərə alsaq ki, qabırğa qığırdağı gələcək dönəmdə deformasiya olma ehtimalı böyükdür. Bu da sonradan başqa problemlərin ortaya çıxmasına səbəb olur.
Ona görə də biz qapalı üsulladan istifadə edirik ki, qabırğa qığırdağından istifadəyə ehtiyac qalmasın. Bəzən açıq üsuldan da istifadə etməli oluruq.





Plastik cərrah Sənan Mehdiyevlə əlaqə vasitələrini təqdim edirik:
İnstagram hesabı dr_sanan_mehdiyev
Mobil telefon: (+99450) 333 33 65 (whatsapp)
01:25 / 09 İyun 2026
76
01:02 / 09 İyun 2026
84
01:02 / 09 İyun 2026
17466
00:54 / 09 İyun 2026
255
00:26 / 09 İyun 2026
211
00:21 / 09 İyun 2026
101
00:16 / 09 İyun 2026
272
00:13 / 09 İyun 2026
91
00:11 / 09 İyun 2026
73
00:10 / 09 İyun 2026
84
00:08 / 09 İyun 2026
50254
00:06 / 09 İyun 2026
91
00:03 / 09 İyun 2026
78
23:59 / 08 İyun 2026
1996
23:47 / 08 İyun 2026
87
23:42 / 08 İyun 2026
690
23:30 / 08 İyun 2026
76
23:27 / 08 İyun 2026
75
23:22 / 08 İyun 2026
103
23:00 / 08 İyun 2026
84
22:48 / 08 İyun 2026
75
22:45 / 08 İyun 2026
97
22:32 / 08 İyun 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.