Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30599
az

"Yumşalmalar ləğv edilsin, karantin yenidən sərtləşdirilsin" — Baş infeksionist

21:3706 May, 2020
2082
TİBB
  • A

"Operativ Qərargahın qaydalarına əməl olunmasa, tədbirlər yenidən sərtləşdirilə və yumşalmalar ləvğ edilə bilər".

Oxu24.com  xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev iki gündür Azərbaycanda koronavirus infeksiyasına yoluxan xəstələrin sayında olan artıma münasibət bildirərkən deyib.

İnfeksionist bunun səbəbini vətəndaşların verilən tövsiyyələrə əməl etməməsində görür: "Mayın 5-də koronavirusa yoluxanlarının sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyyələrə əməl etməməsidir. Aprelin 27-dın sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar bir başa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinin üstündə, üstəlik də heç biri maska taxmayıb”.
Cəlal İsayevin insanları vəziyyəti başa düşməyə çağırıb: "Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi