Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30453
az

Bugünkü 52 yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb — AÇIQLAMA

20:3404 May, 2020
477
  • A

“Bu gün Azərbaycanda daha 52 nəfərdə koronavirus aşkarlanıb. Təkcə Gəncədə isə 32 yoluxma halı qeydə alınıb. Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejimi tələblərinin ciddi pozulduğunu göstərir”.
"Oxu24.com" haqqın.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Bu təkcə Gəncəyə deyil, ölkənin digər iri şəhərlərinə də aiddir. Karantin rejimi qaydalarının yumşaldılmasından sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar sosial məsafəni gözləmirlər və maska taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə məqsədilə bütün tədbirləri görüb. İndi vətəndaşlar məsuliyyət göstərməli və karantin rejimi qaydalarına ciddi əməl etməlidirlər”, - deyə V.Əliyev bildirib.

Vasif Əliyev xatırladıb ki, Operativ Qərargahın sonuncu brifinqlərinin birində koronavirusa daha çox yoluxmanın aşkarlandığı bölgələr açıqlanıb. Onlar arasında Gəncədən başqa, Bakı, Sumqayıt, Lənkəranın adı çəkilib. Gərgin epidemioloji vəziyyət hökuməti bu şəhərlərdə karantin rejimini yumşaltmamaqla bağlı qərar verməyə məcbur etdi.
“Gəncədə yoluxanların sayının sürətlə artması ciddi siqnal kimi qəbul edilməldiir. Karantin rejimi gözlənilməsə, digər şəhərlərdə də vəziyyət pisləşəcək. İnsanlar başa düşməlidirlər ki, koronavirusla mübarizə bir-iki günün problemi deyil. Vəziyyətə daha ciddi yanaşmaq lazımdır”, - deyə V.Əliyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət hər gün analiz edilir və əgər xəstələrin sayında artım müşahidə olunarsa, karantin rejimi nəinki uzadılacaq, eyni zamanda yenidən sərtləşdiriləcək:

“Azərbaycanın regionlarında xəstələrə bütün mümkün yardımı göstərən peşəkar həkimlər və xəstəxanalar var. Həmçinin, REACT-C19 layihəsi çərçivəsində Azərbaycana Türkiyədə təlim keçən həkimlər də gəldi. Onlar da regionlara göndərildi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI