Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29908
az

Hansı hallarda, kimlərə sarıkök olmaz - Qadağa siyahısı

08:2528 Aprel, 2020
561
  • A

Sarıkök son zamanlar bir çox problemin təbii dərmanı kimi təqdim olunur. Bir çox insan müxtəlif xəstəlikləri üçün sarıkökü qaşıqla yeyir, suda həll edib içir. Amma halbuki bir çox hallarda bu ədviyyat ciddi problem yarada bilər.


Sarıkökə bir dərman kimi yanaşsaq, onun da əks təsirləri var. Xüsusən nizamsız,çox dozalarda qəbul dərmandan da zəhərli ola bilər.

Medicina.az bu qadağan siyahısını təqdim edir:

1. Sarıkök qanı durulaşdırır, qanda laxtaların əmələ gəlməsinə qarşıdır. Ona görə aspirin, qandurulaşdırıcı qəbul edənlər və qanında laxtalanma problemi olanlara təhlükəli təsir edə bilər. Daxili qanaxma belə baş verə bilər. Varfarin, klopidoqrel və aspirin qəbul edənlərə olmaz.


2. Sarıkökün təsirli maddəsi olan kurkumin mədə şirəsi və turşuluğunu artırır. Xüsusən mədə turşuluğu, qastritə qarşı dərman qəbul edənlərə zərərlidir. Bu adamlar sarıkök də qəbul etsələr, baş gicəllənmə, köp, mədə və qarında ağrı, qida borusunda aşınma yarada billər. Omeprazol, lansoprazol, deksilant, pantoprazol dərmanları qəbul edənlərə sarıkök olmaz.


3. Sarıkök qanda şəkəri çox sala bilər. Əgər diabet xəstəsi insulin və dərman qəbul edirsə, sarıkök bu dərmanların effektini 2 dəfə artıra bilər. Bu da xəstənin vəziyyətini pisləşdirir: əzələ əsməsi, narahatlıq, görmədə pozuntu,səntirləmə ola bilər.


4. Sarıkök ciddi allergik məhsuldur. Allergiyası və astması olanlarda dəridə səpki, boğulma və anaflaksiya yarada da bilər. Ona görə çox ehtiyatla sınamaqla qəbul etmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Şad xəbər: Ürəklə bağlı bu əməliyyat pulsuz oldu
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü