Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
610
13.03.2020, 11:06
Çin həkimləri bildirirlər ki, Koronavirus, yoluxmadan sonra beş həftə ərzində orqanizmdə qala bilər. Ola bilsin ki, onların bu tədqiqatı xəstənin təcrid edilməsi və müalicə müddətinə yanaşmanı təkrar gözdən keçirməyə məcbur edəcək.
Yeni koronavirus bədəndə 37 günə qədər və ya beş həftədən bir az çox qala bilər. Belə bir nəticəyə Çin Tibb Elmləri Akademiyasının həkimləri və İngiltərənin "The Lancet" tibb jurnalında dərc olunmuş məqalənin digər müəllifləri gəliblər.
Tədqiqatlar göstərir ki, patogen tənəffüs yollarında uzanır. Onun izləri infeksiyaya yoluxmasından təxminən 20 gün keçən xəstələrdə də aşkar edilib.
Tədqiqat müəllifləri, COVID-19-a yoluxmuş 191 insanın tibbi qeydlərini və laboratoriya müayinələrini, o cümlədən infeksiya nəticəsində ölən 54 nəfərin analizlərini təhlil ediblər. Məlumatları mütəxəssislər tərəfindən istifadə olunan bütün xəstələr, virusun meydana gəldiyi və yayılmağa başladığı Çinin Uhan şəhərindəki iki xəstəxanada müalicə edilib. Müqayisə üçün, 2002-ci ilin sonlarında yayılan SARS virusuna yoluxandan sonra dörd həftə içində virusun tənəffüs yollarında olması xəstələrin yalnız üçdə birində qeyd edilmişdi.
Əldə olunan məlumatlar xəstələrin təcrid edilməsi barədə qərar qəbul etmək və müalicənin müddəti barədə tövsiyələr vermək üçün əhəmiyyətli ola bilər.
Hazırda infeksiyadan sonra tövsiyə olunan təcrid dövrü 14 gündür. Güman olunur ki, bu dövr, virusun yayılmasının qarşısını almaq üçün kifayətdir. Bloomberg qeyd edir ki, xəstələr simptomlar yox olduqdan bir neçə gün sonra yoluxucu qalırlarsa, istəmədən onu digər insanlara ötürə bilərlər.
Bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya kimi tanıdı. ÜST rəhbəri Tedros Adan Qebreisus, təşkilatın yaxın gələcəkdə yoluxma hallarının və xəstəliyə məruz qalan ölkələrin sayının artacağının gözləndiyini söyləyib.
Tərcüməçi: Fəxri Qocayev
Mənbə: www.forbes.ru
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.