Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
761
11.12.2019, 18:44
Zökəm (rinit) - burun boşluğu selikli qişasının iltihabi xəstəliyidir. Gedişinə görə rinitlər kəskin və xroniki ola bilirlər. Statistikaya görə iqtisadi inkişaf etmiş ölkələrdə rinitə əhalinin 15-20%-də rast gəlinir. Zökəm KRVİ-nın ən çox təsadüf olunan simptomudur, belə ki, soyuqlar düşən zaman (və ya quruluq zamanı- istilik sistemi işə düşən müddətdə quru hava) burun boşluğunun selikli qişasının qan təchizatı pozulur və yerli immun sistemi zəifləyir. Zökəm zamanı selikli qişanın ödemi və burunətrafı ciblərdə yığılan qatı selik səbəbindən bakterial infeksiyanın qoşulması irin əmələ gəlməsinə səbəb olur, bu da cərrahi müdaxilənin aparılmasına gətirib çıxara bilər. Rinitin digər ağırlaşması - orta qulağın iltihabının (otit) inkişafına səbəb olan eşitmə borularının keçiriciliyinin pozulmasıdır.
Zökəmin ən geniş yayılmış səbəbləri: KRVİ, vazomotor rinit (allergik rinit), adenoidlər (burun-udlaq badamcıqlarının patoloji törəmələri), burun boşluğunda yad cisimlər, sinusit (burunətrafı ciblərin kəskin və ya xroniki iltihabı), medikamentoz rinit, burunun travması, burun çəpərinin əyriliyi.
Zəkəmin əsas simptomlarına aiddirlər: Kəskin baş ağrıları, qulaqda ağrılar, bədən temperaturunun 38,5°С-dək artması, burun boşluğundan xoşagəlməz qoxu, burundan qanlı və irinli ifrazatlar, burunun bir boşluğundan olan ifrazatlar, 1 həftədən çox öskürəklə muşayət olunması.
Güclü zökəmi necə müalicə etməli? Reseptsiz preparatlar vasitəsi ilə simptomatik müalicə ancaq allergik və KRVİ zamanı olan rinitlərdə mümkündür. Qalan hallarda isə həkimə müraciət etmək lazımdır. Böyüklər üçün dərman seçməmişdən əvvəl rinitin əmələgəlmə səbəblərini bilmək lazımdır. Ondan asılı olaraq bu preparatlar lazım ola bilər: allergiyaəleyhinə, virusəleyhinə, antibakterial preparatlar (antibiotiklər), qlükokortikosteroidlər. Bu preparatlar müəyyən əks göstəriş və əlavə təsirə malikdirlər. Ona görə də onları həkim təyinatı olmadan istifadə etmək olmaz. Müxtəlif səbəblərdən yaranan zökəmin müalicəsində daha iki tip preparat istifadə olunur - damardaraldıcı preparatlar və dəniz suyu tərkibli tibbi vasitələrdir. Damardaraldıcı preparatları müntəzəm olaraq istifadə etdikdə, artıq 7-ci gün onlara öyrəşmə meydana çıxır. Onu da qeyd etmək lazımdır ki, burun boşluğunun patoloji vəziyyətinə görə damardaraldıcı spreylərin və damcıların təsiri zəifləyə bilər. Buna görə də onları istifadə etməzdən əvvəl burun boşluğunu dəniz suyu məhlulu ilə yumaq məsləhət görülür. Dəniz suyu məhlulu burun boşluğu selikli qişasını çirklənmədən, zərərli virus və bakteriyalardan qoruyur, dərman preparatlarının biomənimsənilməsini artırır.
Dəniz suyu məhlulları niyə burun üçün xeyirlidir? Təbii dəniz suyunun mineral tərkibi qanın və orqanizmin mayelərinin tərkibinə yaxındır. Ona görə də dəniz suyu selikli qişanı qıcıqlandırmır və quruluq əmələ gətirmir. Bundan başqa dəniz suyunun tərkibində burun boşluğunun daxili qoruyucu təbəqəsini bərpa edən çoxlu xeyirli mikroelementlər vardır. Dəniz suyu tərkibli vasitələr seliyi duruldur, onun asanlıqla xaric olunmasını təmin edir və burun boşluğunu patogen mikroblardan, infeksiya törədicilərindən, allergenlərdən təmizləyir. Bu tərkibli tibbi vasitələr yumşaq və təbii təsir göstərir. Qeyd etmək lazımdır ki, dəniz suyu tərkibli tibbi vasitələri uzun müddət ərzində və eləcə də profilaktik məqsədlərlə istifadə etmək olar.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
21:32 / 21 Noyabr 2026
33
21:27 / 21 Noyabr 2026
39
21:20 / 21 Noyabr 2026
54
21:17 / 21 Noyabr 2026
66
20:49 / 21 Noyabr 2026
545
20:33 / 21 Noyabr 2026
97
20:09 / 21 Noyabr 2026
993
19:14 / 21 Noyabr 2026
644
19:12 / 21 Noyabr 2026
152
18:41 / 21 Noyabr 2026
128
18:29 / 21 Noyabr 2026
116
18:19 / 21 Noyabr 2026
127
18:18 / 21 Noyabr 2026
135
17:54 / 21 Noyabr 2026
248
17:43 / 21 Noyabr 2026
2414
17:30 / 21 Noyabr 2026
165
17:17 / 21 Noyabr 2026
134
17:16 / 21 Noyabr 2026
166
17:08 / 21 Noyabr 2026
170
16:45 / 21 Noyabr 2026
132
16:39 / 21 Noyabr 2026
155
16:26 / 21 Noyabr 2026
320
16:20 / 21 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.