Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19143
az

Əsəbdən yaranan 7 xəstəlik: Kişiləri ata olmaqdan məhrum edir

11:3018 Oktyabr, 2019
1376
TİBB
  • A
 

Həmçinin oxu: Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq

Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu—VİDEO 18+

Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır...


Dərindən nəfəs alıb verin və bu məqaləni oxuyun. Çünki "bütün xəstəliklər əsəbdən, stresdəndir” frazasının açıqlamasını izah edəcəyik.

Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır.

 
Oxu24.com   Medicina.az-a istinadən stress, əsəb və emosional gərginlikdən yaranması sübut olunan 7 xəstəliyi təqdim edir.

 {banner_reklam1}

1.Yuxusuzluq, yuxu pozğunluğu

 
İşdə, ailədə problemlər, gecə yatağa girəndən sonra evin, uşağın, valideynlərin, işdəkilərin dərdini götür-qoy etmək, maddi sıxıntılar, ən xırda detallara qədər beyində danışmaq – tanış mənzərədir?

Bütün bunlar orqanizm üçün vacib olan yuxunu pozur, beyniniz, vəziləriniz dincəlmir və səhəri siz ikiqat artıq streslə yenidən işə gedirsiz və bu effekt yığılır. Nəticədə siz tez qocalırsız, orqanizm toksinləşir, melanoma sintez olunmur.


2.Həzm sistemi problemləri

Stress qastrit,xora, qıcıqlanmış bağırsaq sindromu, hətta köp, ishal belə verə bilir. Mədə nevrozu adlanan simptomu yəqin ki, eşitmisiz. Deyirlər ki, insanların çox stresini yeməklə çıxarır. Hər ağır iş günündə, əsəbləşəndə, mübahisədə şirin və yağlı qidaları aşırı qəbul edir. Stresdə olan insanın əli daim ağzındadır. Amma elələri də var ki, əksinə, sanki mədə yolu bağlanır, udlaqda düyün, daş hiss edir, yeməkdən tam imtina edir, ağzı bağlanır. Stresin yaratdığı bu halqadan xilas olmaq üçün az qala bütün həkimləri gəzir, bircə nevroloqdan başqa.  Ayı xəstəliyi deyilən bir sindrom da var ki, orqanizm stresə diareya, ishal ilə cavab verir.

3.Ürək xəstəlikləri

Emosional gərginlik ürəyə çənfi təsir edir, onun ritmini, vurğusunu dəyişir. Əsəbləşəndə ürək və əzələləri daha tez-tez yığılır, fövqəladə rejimdə işləyir, adrenalin artır. Bu da təzyiqi və ritmi yüksəldir. Belə insanlar sonunda taxikardiya, aritmiyaya gəlib çıxır.
Eləcə də "qırılmış ürək sindromu” adlanan xüsusi xəstəlik də stresdən yaranır.  Qanda adrenalinin çox olması ürəyi qocaldır, sanki söndürür.


4.Reproduktiv sistemin pozulması

İntim sferada stress, qarşı tərəfdən narazılıq, libidin azalması, sonsuzluq belə yarana bilir. Qadınlarda menstruasiya pozulması, kişilərdə impotensiya, ereksiya pozulması baş verir.

5.Sidik ifrazatında pozulmalar

Yəqin ki,  siz azyaşlı uşaqlarda müşahidə etmisiz, onlar yad yerdə olanda tualetə getmirlər. Bunu qəsdən etmirlər, həqiqətən də stresdən onlarda sidik refleksi siqnalı getmir.

Böyüklərdə də belə olur, sidik ifrazı azalır, bununla da böyrəklərdə nefrit yaranır. Ona görə deyirlər ki, stress, qorxu böyrəkləri də çökdürür. Uzun müddət sidik kisəsi və böyrəklərdə sidiyin yığılıb qalması infeksiyanın yaranmasına da səbəb olur.

6.Alkoqolizm

Kişilər niyə nevroz olmur, çünki stresi, əsəbi içərək basdırırlar. Daimi alkoqol qəbulu getdikcə asılılıq yaradır, insan əyyaşa çevrilir, orqan və sistemləri alkoqolizmdən qaynaqlanan xəstəliklərə tutulur. Qaraciyər, mədəaltı vəz sıradan çıxır, orqanizm toksinləşir. Alkoqolizm özü də xəstəlikdir, uzun müddətə müalicə tələb edir.

7.Psixi xəstəliklər

Nevroz, depressiya, psixoz, müxtəlif ağrılar, fibromialgiya və digər ağlagələn, ağlagəlməz nevroloji xəstəliklər isə əsəbi insanlarda ömür boyu yol yoldaşı ola bilər. Bunların da müalicəsi uzun, çətin və bəzən səbəb aradan qalxmadığına görə effektsizdir.

Ona görə də hər əsəbləşəndə fikirləşin, buna dəyərmi? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsəbdən yaranan 7 xəstəlik: Kişiləri ata olmaqdan məhrum edir
Spermanın keyfiyyətini və sürətini artırmağın yolu - Kişilər üçün vacib yazı!

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ