Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19050
az

Hansı qan qrupu daha çox infarkt olur ? - ARAŞDIRMA

23:5715 Oktyabr, 2019
527
TİBB
  • A
 
Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki,  insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır. Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.


Oxu24.com  medicina.az-a istinadən bildirir ki, İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.


Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu , 11%-lə isə III ( B ) qan qrupu gəlir.


Bu fərqin bioloji mexanizmi və genetik səbəbləri hələ bilinməsə də, əvvəlki tədqiqatlar qan qrupları arasındakı fərqin qan damarlarında iltihabı və xolesterol səviyyəsini təyin etməkdə təsirli olduğunu müəyyən edib.


Qan qrupu və ürəkxəstəlikləri riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə araşdırmalar tələb olunur. Doğrudur, qan qrupunuzu dəyişə bilməzsiniz, ancaq risk qrupunda yer alırsınızsa, bəzi şeylərə mütləq diqqət etməlisiniz. Bunlara sağlam qidalanmaq, nizamlı idmanla məşğul olmaq və ən azı ildə bir dəfə qanda xolesterol səviyyəsini ölçməklə infarkt riskini azalda və ya aradan qaldırmaq mümükündür.

{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var