Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18936
az

Saçı tökülənlər bu qidaları yesin – SİYAHI

01:4113 Oktyabr, 2019
1033
TİBB
  • A
 
Həmçinin oxu:  Türk oğlanla intim görüntüsü yayılan Azəri qızdan daha bir biabırçılıq


Hazırda çoxumuz saç tökülməsindən şikayətlənir və bunun qarşısını almaq üçün çarələr axtarırıq. Bəs bu problemi həll etmək üçün hansı vasitələrdən istifadə etmək lazımdır?

Yediyimiz qidalardan vitaminlər, minerallar və zülallar qan vasitəsilə saç köklərinə çatır və saçı qoruyub gücləndirir. Buna görə də sağlam və zəngin qidaları yemirsizsə, bu həm də saçlarınızın qurumasına, kövrəkləşməsinə, həm də tökülməsinə səbəb ola bilər.

Elə qidalar var ki, mütəxəssislər məhz saçları tökülənlərə yeməyi məsləhət görür. Türkiyəli qida və pəhriz mütəxəssisi Yeşim Özcan sağlam və güclü köklü saçlar üçün menyumuzda olması vacib qidalar haqqında danışıb.

Medicina.az həmin qidaları təqdim edir:

Naringi

Sağlam saçlara sahib olmaq istəyirsinizsə, hər gün 2-3 ədəd mandlin yeməyiniz məsləhətdir. Bu meyvənin tərkibindəki C vitamini saç tellərini bəsləyir, kapilyarları gücləndirən kollagen istehsalına kömək edir. Eyni zamanda naringi bədəndə dəmirin qarışmasını artıraraq saçları da gücləndirir.
Naringi içindəki B vitaminləri saçları daha sürətli böyüdür, saç tökülməsini azaldır və ağarma prosesini yavaşladır.

Kök

Beta karotin, vitaminlə zəngin bir tərəvəzdir. Bədəninizin sebum hazırlaması üçün A vitamininə ehtiyacı var . Sebum isə saçlarımızda gözlə görünən təbii yağlı bir maddədir və baş dərisinə təbii qulluq edir. Sebum olmasa kəpək və quru saç problemi yaşana bilər.

Qatıq

Tərkibində B5 vitamini adlanan pantotenik turşu var. Bu vitamin saç tökülməsi problemlərinin qarşısını alır. B5 vitamini baş dərisində qan axını sürətləndirir və baş dərisində qoruyucu bir quruluşa malikdir. Gündə 2 qab qatıq yemək faydalıdır.

Solmon balığı

Bu balıq omega-3 yağ turşuları ilə zəngin bir balıqdır. Bədənimiz bu sağlam yağları istehsal edə bilmədiyi üçün qida və ya qida əlavələrdən almalıdır. Omeqa 3 sayəsində saçlar daha parlaq və güclü görünür.


Yumurta

Bədəndə biotinin olmaması saçların qırıqlmasına və baş dərisində kəpəyə səbəb olur. Yumurtada yüksək miqdarda biotin var. Biotin suda həll olunan B vitaminidir. Eyni zamanda yumurta həm də yüksək protein mənbəyidir. Hər gün bir ədəd yumurta yemək lazımdır.

{banner_reklam1}

Yulaf

Yulafın tərkibi dəmir, lif, sink, omega-3 və doymamış yağ turşuları ilə zəngindir, saç böyüməsini sürətləndirir və onu qalın və sağlam edir. Yulaf süd ilə bişdikdən sonra meyvə, qoz-fındıq və darçın əlavə edib, səhər yeməyində yeyə bilərsən.


Darçın

Bədəndəki qan dövranını artırır , saç köklərinə oksigen və qida maddələrinin çatmasına kömək edir. Bu təsir saç köklərini gücləndirir və qulluq edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?
Saçı tökülənlər bu qidaları yesin – SİYAHI
İnsanda olan dəhşətli fil xəstəliyi nədən yaranır?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi