{banner_reklam1}
"Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır”.
Bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.Prof.Dr. Tevfik Sarıkaya tərəfindən aparılan araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.
Həddindən az maye qəbulu, proteinlə zəngin qidalar yemək və duz böyrəklərdə daşların başlıca yaranma səbəblərindəndir.
Onun müalicəsi isə daşın ölçüsündən asılıdır. Professorun sözlərinə görə, 5 mm qədər olan daşlar sidik kanalına düşüb oradan da bədəndən xaric edilə bilir. Lakin bu zaman şiddətli ağrılar xəstəyə əziyyət verir.
Buna görə də ölçüsü 5 mm-ə qədər olan daşlarla bağlı tibbi araşdırma aparılıb.
Xəstələr 3 qrupa ayrılıb- Birinci qrupda sadəcə ağrıkəsici ilə müalicə olunanlar 2 həftə boyunca gözlədilib
- İkinci qrupda daşların düşürülməsi üçün prostat dərmanları istifadə edilib
- Üçüncü qrupda yer alanlara isə həftədə 3-4 dəfə sekslə məşğul olmaq tövsiyə edilib
Araşdırmanın nəticələrindən məlum olub ki, birinci qrupa aid olan xəstələrdə 30%, ikinci qrupa aid olan xəstələrdə 45%, üçüncü qrupa aid olan xəstələrdə isə 80% müsbət nəticə alınıb.
Oxu24.com
ŞƏRHLƏR