Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18560
az

Səpkilər SİFLİS xəstəliyi ola bilər...- Həkimdən Şok AÇIQLAMA

21:2902 Oktyabr, 2019
2285
TİBB
  • A
 
"Səpkilər daha təhlükəlidir. İstənilən terapevt hətta, belə səpkiləri allergiyaya və qida zəhərlənmələrinə oxşada bilər".
Bu sözləri Sonxeber.az- a açıqlamasında həkim- dermatoveneroloq Sabit Məmmədov deyib. Onun sözlərinə görə siflis təhlükəli zöhrəvi xəstəlikdir. Bu xəstəlik bədən orqanlarının hamısını zədələyir:
"Xəstəliyin yoluxma halından başlayaraq müəyyən dövrləri olur. 1- cili, 2- cili, 3- cülü siflis dövrləri var. Birincili dövr 1 aydan 2 ayadək çəkir. ikicili dövr 2, 3 il ərzində olur. Siflis xəstəliyi bir yerdə durmur. Vaxt keçdikcə daha çox orqanları zədələyir. Müalicəsi isə tam mümkündür".

Həkimin sözlərinə görə, siflis xəstəliyinin əlamətləri əsasən dəridə və cinsiyyət orqanlarında olur. Əsas cinsi yolla keçir, son zamanlar qanköçürmə və əməliyyatlarla da xəstəliyin yayılma ehtimalı olur. Öpüşmək, süd verməklə də siflis xəstəliyi keçə bilər:
"Praktikada çox az hallarda rast gəlinir ki, ananın körpəsinə süd verməsi ilə, öpüşməklə, agız suyu ilə kontaktdan siflis keçsin. Siflisin dövründən və ağırlıq dərəcəsindən asılı olaraq xəstəlik davam edə bilər".
Sabit Məmmədov həmçinin evlərdə doğuş keçirən qadınlarda da bu xəstəliyə rast gəlinə biləcəyini vurğuladı. O, gənclərin nigahdan əvvəl qanlarının yoxlanması şərt hesab edir:

"Əvvələr gənclər ailə qururdular və biz sonradan bilirdik ki, onlarda bu xəstəlik var. İndi əvvəldən bilirik və müalicə aparırıq".
Həkim xəstəliyin əsas ilkin əlamətlərinin cinsiyyət orqanlarında müxtəlif səpkilər və yaraların olması kimi xarakterizə etdi:
"Səpkilər daha təhlükəlidir. Daha çox allergiya səpkilərinə oxşayır. Belə xəstələr çox vaxt uzun müddət allergiyadan müalicə alırlar. Bu vaxt itkisidir. İstənilən terapevt hətta, belə səpkiləri allergiyaya və qida zəhərlənmələrinə oxşada bilər. Biz sözsüz ki, belə hallarda şübhələnib, mütləq müayinələr aparırıq".
Sabit Məmmədov son vaxtlar siflisin gizli formalarının olduğunu da qeyd etdi. Onun sözlərinə görə, belə olanda nə dəridə, nə cinsiyyət orqanlarında heç bir əlamət olmur. İnsan tam sağlam görünür. Bu xəstəlik təsadüf nəticəsində tapılır. Məsələn nigaha girməzdən əvvəl, hansısa əməliyyat zamanı və. s.
Həkim tövsiyyə edir ki, xırda bir əməliyyat- hətta çibanı yardırmaq belə istəsəniz, ondan qabaq mütləq siflisdən müayinələrdən keçin. Əgər belə hal varsa əməliyyat mütləq təxirə salınıb müalicə aparılacaq.
Qeyd edək ki, 2018-ci ildə ölkə üzrə sifilis diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 981 nəfər olub. Sifilis xəstəliyi aşkarlananların 682 nəfəri kişi, 299 nəfəri isə qadınlardır.

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq