Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18298
az

Seksual olmaq üçün nələr lazımdır?

14:2625 Sentyabr, 2019
6039
TİBB
  • A


Həmçinin oxu: Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ

Seksoloq kimdir? Bu psixoterapevt həkimdir, hansı ki, daha çox seksologiya üzrə ixtisaslaşıb. O, intim münasibətlərdə problem yaşayan həm kişi, həm də qadınların fiziki və psixoloji müalicəsini aparır. Azərbaycanda da seksoloqlar az da olsa var.

Medicina.az seksoloqlara ən çox ünvanlanan suallara cavabları təqdim edir. Burda istər kişi, istər qadın onu narahat edən bəzi məsələlərə izah tapacaq.

1.Qadınlar seksoloqa hansı problemlərdə üz tuta bilər?

Qadınlar daha çox orqazm problem, qarşı tərəflə psixoloji discomfort, frigidlik, vaginizm, səbəbi bilinməyən qorxu, doğuş sonrası depressiya və s. problemlərdə seksoloqa getməlidir

2.Mən bütün günü intim əlaqə barədə düşünür və istəyirəm, bu normaldır?

Bu daha çox müəyyən yaş həddində və orta yaşlı kişidirsə hormonal hiperaktivlikdən seks arzulaya bilər.
Əslində bu normaldır, lakin qarşı tərəfin bu istəyi qarşılamaması diskomfort yaradır və kişi özünün istəyinin anormal olduğunu hesab edir. Lakin bu istək gündəlik yaşamınıza və psixikasına təsir edirsə, o zaman seksoloq və psixiatra müraciət etməlisiz.



3.Pornoya baxmaqla intim münasibət qaydaları və s. öyrənmək olarmı?

Yeniyetmə oğlan və qızlar ilk olaraq seksin necə görünməsi barədə ilk təsəvvürü pornodan ala bilir. Amma o filmlər öyrənmək və tətbiq etmək üçün əsas deyil. Çünki o səhnələr quraşdırılıb, rollarda aktrisalardır, reallıq isə başqa cür olur.

4.Ömründə heç bir dəfə də orqazm olmayan qadınlar varmı?

Bəli, olur. Bu ümumi qadınların 15%-dir. Ciddi anatomic, fizioloji səbəb olmasa, hər bir qadın orqazm ola bilər. Uzun illər heç orqazm olmamaq o demək deyil ki, bu qadın daha heç vaxt, heç kimlə bu hissə çatmayacaq. Belə ömürlük qərarı heç kim verə bilməz. Orqazm problemi də seksoloqa müraciət üçün səbəbdir.
 
5.Xəyanət ailədə seksual uyğunsuzluqdan yaranırmı?

Heç də həmişə yox. Ola bilər ər-arvadın seksual iştahı uzlaşmasın və ya aralarındakı məişət, xarakterik problemlər onların intim həyatına təsir etsin. Xəyanətə meyl hissi yarandıqda psixoloqa müraciət edib, buna sövq edən problemləri aşmaq lazımdır.

6.Seksual olmaq üçün nələr lazımdır?

Sağlamlığın qeydinə qalmaq, intim hissə mane olan hormonal və daxili problemləri həll etmək. Seksuallıq zahiri gözəllikdən asılı deyil. Özünə güvənli kişi, qadın, azad insan, seksual arzularını qarşı tərəfə bildirən və ondan da soruşan, eyni zamanda yataqda seksual senarilərini zənginləşdirən hər bir şəxs seksual görünür və qəbul edilir.

7.Elə bir dərman, prosedur, vasitə varmı ki, seksual həyatı yaxşılaşdırsın?

80% hallarda intim narazlıq psixoloji səbəblərdən olur. Mazlar, kremlər, hətta əməliyyat belə zahirdən heç nəyə təsir etmir. Problem varsa, başını müalicə etdirməlisən. Yeganə Keqel idman hərəkətidir ki, qadınlarda vaginal əzələləri yaxşılaşdırır
 
8.Doğuşdan sonra niyə qadınlarda həvəs itir?

Bu qadında baş verən hormonal yenidənqurma ilə əlaqədardır. Amma səbrli olsanız, ən geci 6 aya vəziyyət düzəlir. Ümumiyyətlə, qadınlarda yaş irəlilədikcə istək, hissiyat güclənir. Ona görə də bir çox gənc kişilər özlərindən dəfələrlə yaşlı qadınlarla intim münasibətə meyl edir.


{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadının ən gizli orqanının sirri açıldı – Əslində bunun üçünmüş
Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA
Bu xəstəlik cinsi yolla qadınlardan kişilərə keçir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO