Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17533
az

Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb

20:5004 Sentyabr, 2019
899
TİBB
  • A
Son 14 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.

Oxu24.com Trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.

2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.

2018-ci ildə ölkədə 11 123 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say da 2005-ci ildə 6 277 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say da artaraq 113,3 olub.

Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 468-i kişi, 5 655-i qadın olub. Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 103-ü yaşı 13-dək olan uşaqlar, 21-i 14-17 yaşlı uşaqlar, 243-ü 18-29 yaşlı gənclər, 254-ü 30-34 yaşlı, 366-sı 35-39 yaşlı insanlardır. Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.

Keçən il 4 836 nəfər 40-59 yaşlı, 5 300 nəfər 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub.

Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna (1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.

Ötən il 1 341 nəfərə traxeya, bronx, ağciyərin, 1 211 nəfərə mədənin, 426 nəfərə qida borusunun, 201 nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq