Cinsi yolla keçən xəstəliklər, infeksiyaların insanı necə, hardan və kimdən yoluxduracağı məlum deyil. Çünki sən normal sağlam həyat keçirib, bir partnyorla əlaqədə olsan da, qarşı tərəfin bir dəfə kənar şəxslə əlaqəsi kifayətdir ki, o da, sən də infeksiyaların əsiri olasız.
Oxu24.com medicina.az-a istinadən kişinin cinsi infeksiyaya artıq yoluxduğunu göstərən bir sıra əlamətləri qadınların diqqətinə çatdırır. Simptomları vaxtında görün, özünüzü qoruyun
1.Penis, ətrafı, xayalar, yan və ətrafında bu əlamətlərə diqqət:
Axinti - ağ, qatı, sarı, yaşımtıl
Sızanağa bənzər yaralar, qabarcıqlar, suluqlar, xora kimi yaralar
Dərinin yumru qabarması
Qaşınma, ağrılı qaşınma
Şişkinlik, qızartı
2.Qasıq üzərində
Ləkələr, kiçik cücüyəm bənzər parazitlər, çox xırda, mikroskopiik qara, boz yumurtalar
3.Daxili əlamətlər
Cinsi orqanlarda ağrı, discomfort, cinsi əlaqə və sidik zamanı ağrı, sancı
Əgər kişi özünü şübhəli aparırsa, simptomlara diqqət yetirməyə qoymursa, əlaqədən sonra dərhl hamama qaçın dəqiqələrlə orda qalırsa, alt paltarını gizlədirsə, özü yuyursa, qorunmasız əlaqəyə üstünlük verdiyi halda, artıq qoruyucuya üstünlük verirsə, deməli, cinsi infeksiyaya yoluxduğunun fərqindədir, lakin müayinə və müalicəyə ya getmir, ya da hələ yeni başlanılıb.
Vaxt itirmədən onu da götürüb həkimə gedərək özünüz də yoxlanın. 3 ay müddətində hər hansı əlaqədən çəkinin Oxu24.com
ŞƏRHLƏR