Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17393
az

İnsultu qabaqcadan müəyyən edən TEST

18:1101 Sentyabr, 2019
975
TİBB
  • A
Son məlumatlara görə, il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə halı baş verir. İnsult əhali arasında ən çox yayılan və ani ölümə səbəb olan təhlükəli problemlərdən biridir.

Mütəxəssislər bildirir ki, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində həyatını itirir,  digər 30 faiz əlil olur, qalan xəstələr isə müalicə ilə əmək fəaliyyətini bərpa edə bilirlər.

Amma insult əvvəlcədən özünü bir sıra əlamətlərlə büruzə verir. Həkimlər həmin əlamətlərə əsasən insultun qarşını almağın mümkün olduğunu vurğulayırlar.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi insultdan dəqiq şübhələnməyə imkan verən  test barədə məlumat açıqlayıb.

E-tibb.az həmin testi təqdim edir:  

Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı əllərdən birini yuxarı qaldırmaq mümkün olmur.

Xəstədən gülümsəməyi xahiş edin. Gülümsəməyə cəhd etdikdə üzdə asimmetriya görünür və ağız bucağı əyilmiş olur.

Sadə söz birləşməsini təkrar etməyi xahiş edin. İnsultlu xəstələrin əksəriyyətində danışıq funksiyası pozulur.

Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili tibbi yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3 saat vaxtınız var (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq