Bu yaşda ət yemək ömrü uzadır
09 Noyabr 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
285
09.09.2026, 17:05
Gündəlik həyatda demək olar ki, hər kəs bədən hərarətinin yüksəlməsi problemi ilə qarşılaşır. Çox zaman qızdırma yüksələn kimi dərhal müxtəlif dərmanlara və ya antibiotiklərə əl atmaq adəti yaygındır. Lakin mütəxəssislər bu cür birtərəfli yanaşmanın və özbaşına müalicənin yolverilməz olduğunu bildirirlər. Bəs hərarətin artması hər zaman infeksiya əlamətidirmi? Qızdırma zamanı necə düzgün davranmaq lazımdır?
Mövzu ilə bağlı suallarımızı həkim-infeksionist Dr. Zəba Hüseynova cavablandırıb.
"Hər qızdırmanın arxasında infeksiya dayanmır"
Həkim-infeksionist Dr. Zəba Hüseynova bildirir ki, bədən hərarətinin qalxması hər zaman infeksiya demək deyil:
“Qızdırma özlüyündə xəstəlik deyil, orqanizmin immun sisteminin müxtəlif vəziyyətlərə verdiyi reaksiyadır və bir simptomdur. Bəzi iltihabi və autoimmun xəstəliklər, revmatik problemlər, allergik reaksiyalar, eləcə də onkoloji xəstəliklər və digər qeyri-infeksion hallar zamanı da qızdırma yarana bilər. Əgər temperatur yüksəlibsə, dərhal "infeksiya var" düşüncəsi ilə antibiotikə başlamaq tamamilə yanlış yanaşmadır”.
Dəqiq səbəb necə müəyyən edilməlidir?
Dr. Zəba Hüseynova qeyd edir ki, hər hansı bir müalicəyə başlamazdan əvvəl vəziyyəti hərtərəfli qiymətləndirmək lazımdır:
•Başqa hansı simptomların olması araşdırılmalıdır (məsələn, qızdırmanın neçə gün davam etməsi).
•Müayinə zamanı digər əlamətlərin mövcudluğu nəzərə alınmalıdır.
•Qan analizi və digər zəruri laborator-instrumental müayinələrdə nəticələrin nə göstərdiyi incələnməlidir.
“Unutmayın ki, qızdırma birbaşa diaqnoz deyil, sadəcə xəbərdedici bir simptomdur. Sağlamlığınızı riskə atmamaq üçün həkim müayinəsindən keçmədən hər hansı dərman preparatından istifadə etməyin”,- deyə həkim qeyd edib.
Jalə
14:29 / 09 Noyabr 2026
1
14:22 / 09 Noyabr 2026
43
14:17 / 09 Noyabr 2026
44
14:06 / 09 Noyabr 2026
445
14:04 / 09 Noyabr 2026
79
13:44 / 09 Noyabr 2026
492
13:21 / 09 Noyabr 2026
112
13:11 / 09 Noyabr 2026
207
12:57 / 09 Noyabr 2026
1336
12:55 / 09 Noyabr 2026
115
12:40 / 09 Noyabr 2026
214
12:27 / 09 Noyabr 2026
168
12:15 / 09 Noyabr 2026
327
12:03 / 09 Noyabr 2026
1239
11:56 / 09 Noyabr 2026
133
11:56 / 09 Noyabr 2026
209
11:43 / 09 Noyabr 2026
141
11:37 / 09 Noyabr 2026
301
11:34 / 09 Noyabr 2026
128
11:30 / 09 Noyabr 2026
125
11:22 / 09 Noyabr 2026
128
11:09 / 09 Noyabr 2026
601
11:05 / 09 Noyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.