Trombdan qorunmaq üçün səhərlər bunu edin!
01 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
283
01.09.2026, 16:10
Ağır kalsifikasiya olunmuş ürək damarlarının müalicəsində yeni metod
Ürək-damar xəstəliklərinin müalicəsində müasir invaziv kardiologiya damarların ağır kalsifikasiya olunmuş formalarında alternativ müdaxilə üsullarının tətbiqinə imkan verir. Bu metodlardan biri damardaxili litotripsiya (intravascular lithotripsy – IVL) üsuludur. Metod xüsusilə damar divarında kalsium yığıntılarının sərtləşməsi nəticəsində yaranan mürəkkəb koronar daralmaların müalicəsində istifadə olunur.
Oxu24.com xəbər verir ki,Kalsifikasiya olunmuş koronar arteriyalarda damar divarında toplanan kalsium toxumanı sərtləşdirir və damarın genişləndirilməsini çətinləşdirir. Belə hallarda standart balon angioplastikası ilə damarın lazımi səviyyədə açılması mümkün olmaya bilər. Bu isə stentin düzgün yerləşdirilməsinə maneə yarada bilər.
Damardaxili litotripsiyanın iş prinsipi müəyyən mənada böyrək daşlarının parçalanmasında istifadə olunan litotripsiya texnologiyasına bənzəyir. Lakin burada məqsəd böyrək daşını parçalamaq deyil, koronar arteriyanın divarında yerləşən kalsium yığıntılarında mikroçatların yaradılmasıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən invaziv kardioloq Üzeyir Rəhimov damardaxili litotripsiyanın tətbiq mexanizmini izah edib.
Həkimin sözlərinə görə, ağır kalsifikasiya olunmuş damarlarda xüsusi balon kateterdən istifadə edilir. Balon damar daxilində müvafiq nahiyəyə yerləşdirildikdən sonra şişirdilir və cihaz vasitəsilə qısa müddətli akustik təzyiq dalğaları yaradılır. Bu dalğalar damar divarındakı sərt kalsium yığıntılarına təsir göstərərək onların strukturunda çatların yaranmasına səbəb olur.
Həkim bildirib ki, tətbiq etdikləri prosedur zamanı balonla genişləndirilməsi mümkün olmayan ağır kalsifikasiya olunmuş koronar damarda damardaxili litotripsiyadan istifadə edilib. Prosedur nəticəsində kalsium yığıntılarında çatlar yaradılıb və damar stent implantasiyası üçün daha uyğun vəziyyətə gətirilib:
“Litotripsiyadan sonra damarın genişləndirilməsi mümkün olub və stentin yerləşdirilməsi həyata keçirilib. Beləliklə, mürəkkəb kalsifikasiya olunmuş koronar arteriya xəstəliyinin müalicəsində açıq ürək əməliyyatına ehtiyac yaranmadan, kateter əsaslı müdaxilə üsulundan istifadə edilib.
Damardaxili litotripsiya xüsusilə ağır koronar kalsifikasiya olan xəstələrdə damar hazırlığının təmin edilməsi baxımından müasir intervensional kardiologiyanın tətbiq etdiyi metodlardan biridir. Bununla belə, prosedurun seçilməsi xəstənin klinik vəziyyətindən, damar anatomiyasından, kalsifikasiyanın yayılmasından və digər tibbi göstəricilərdən asılıdır”.
23:52 / 01 Noyabr 2026
38
23:45 / 01 Noyabr 2026
124
23:40 / 01 Noyabr 2026
41
23:27 / 01 Noyabr 2026
88
23:25 / 01 Noyabr 2026
233
23:14 / 01 Noyabr 2026
118
23:00 / 01 Noyabr 2026
311
22:56 / 01 Noyabr 2026
85
22:04 / 01 Noyabr 2026
89
21:49 / 01 Noyabr 2026
116
21:49 / 01 Noyabr 2026
95
21:26 / 01 Noyabr 2026
235
21:14 / 01 Noyabr 2026
262
20:55 / 01 Noyabr 2026
187
20:49 / 01 Noyabr 2026
104
20:35 / 01 Noyabr 2026
701
20:24 / 01 Noyabr 2026
142
20:20 / 01 Noyabr 2026
332
19:59 / 01 Noyabr 2026
160
19:55 / 01 Noyabr 2026
210
19:50 / 01 Noyabr 2026
480
19:36 / 01 Noyabr 2026
144
19:28 / 01 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.