Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
251
28.08.2026, 15:10
Müasir dövrdə gənclər və böyüklər arasında döymə (tattoo) etdirmək geniş yayılıb. Lakin estetik görünüşü ilə yanaşı, döymələrin insan sağlamlığına mümkün təsirləri də müzakirə mövzusudur. Xüsusilə döymə mürəkkəblərinin tərkibindəki bəzi maddələrin orqanizmə təsiri və xərçəng riski ilə mümkün əlaqəsi ilə bağlı araşdırmalar diqqət çəkir.
Oxu24.com xəbər verir ki, döymə zamanı istifadə olunan mürəkkəblərin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən bəzi hallarda ağır metallar ola bilər.
Bədənimiz üçün bu, tamamilə yad bir maddədir və orqanizm onu özündən təmizləməyə çalışır. Bunun üçün də bədənə yeridilən mürəkkəb limfa damarları vasitəsilə limfa düyünlərinə daşınır və orqanizm tərəfindən parçalanmağa və xaric edilməyə çalışılır. Lakin bu proses hər zaman tam şəkildə baş vermir.
2007–2017-ci illər arasında aparılan araşdırmada 12 min xərçəng xəstəsi üzrə müxtəlif risk faktorları araşdırılıb və döymə də nəzərdən keçirilən amillərdən biri olub.
Döymə ilə xərçəng arasında mümkün əlaqə ilə bağlı elmi araşdırmalar mövcuddur. Döymə etdirən insanlarda ilk iki il ərzində xərçəngə tutulma riskinin artdığı müşahidə edilə bilər. İki ildən 10 ilə qədər olan müddətdə bu risk nisbətən sabitləşsə də, 11 ildən sonra yenidən artım müşahidə oluna bilər. Bu baxımdan döymənin uzunmüddətli təsirləri də nəzərə alınmalıdır.
Kiçik ölçülü döymə belə orqanizmə yad maddələrin daxil olması deməkdir. Bəzi araşdırmalarda döyməsi olan insanlarda xərçəng riskinin döyməsi olmayanlarla müqayisədə daha yüksək olduğu göstərilib.
Qeyd edək ki, döymə ilə xərçəng arasında birbaşa səbəb-nəticə əlaqəsinin olub-olmaması ilə bağlı elmi araşdırmalar davam edir. Buna görə də döymənin mütləq şəkildə xərçəngə səbəb olduğunu iddia etmək düzgün olmaz. Bununla belə, döymə mürəkkəblərinin tərkibi və onların orqanizmdə uzunmüddətli qalması ilə bağlı mümkün risklər araşdırılmaqdadır.
13:24 / 17 Noyabr 2026
33
13:22 / 17 Noyabr 2026
37
12:58 / 17 Noyabr 2026
49
12:55 / 17 Noyabr 2026
65
12:43 / 17 Noyabr 2026
56
12:25 / 17 Noyabr 2026
68
12:05 / 17 Noyabr 2026
467
11:58 / 17 Noyabr 2026
76
11:56 / 17 Noyabr 2026
249
11:28 / 17 Noyabr 2026
82
11:00 / 17 Noyabr 2026
104
10:54 / 17 Noyabr 2026
103
10:50 / 17 Noyabr 2026
120
10:45 / 17 Noyabr 2026
112
10:32 / 17 Noyabr 2026
120
10:30 / 17 Noyabr 2026
130
10:22 / 17 Noyabr 2026
128
10:17 / 17 Noyabr 2026
124
10:13 / 17 Noyabr 2026
121
10:00 / 17 Noyabr 2026
118
09:58 / 17 Noyabr 2026
506
09:54 / 17 Noyabr 2026
1101
09:45 / 17 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.