Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1670
az

Kirpik gənəsi xəstəliyi nədir? - Xəbərdar olun ki, qorunasınız!

11:0012 May, 2018
2021
TİBB
  • A
Demodekoz adlanan bu xəstəliyə yaz-yay aylarında daha tez-tez rast gəlinir.

Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Demodekoz zamanı insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür.

Oxu24.com  xəbər verir ki, oftalmoloq  Leyla Hüseynzadə bizimyol.info saytına bildirib ki, demodekoz tək üz dərisində deyil, başin tüklü nahiyəsində, kirpiklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kirpiklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə "tökülən qum" hissiyatı əmələ gəlir.

"Kirpik demodekozu gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kirpiklərin, qaşların tökülməsi, kəpəklənməsi, kirpiklərin bir-birinə yapışmasi kimi əlamətlərlə özünü göstərir. Gənələrin hərəkəti axşamlar daha aktiv olduğundan, qaşınma axşamlar daha çox qeyd olunur.Diaqnoz həkim müayinəsi və laborator analiz əsasında qoyulur. Demodekozun müalicəsı çox uzun sürən bir prosesdir. Bəzən aylarla, hətta illərlə davam edir. Çox vaxt bahar və payiz aylarında residiv verir. Şəxsi gigiyena qaydalarina rəayət etməyin müalicənin effektiv olmasında böyük rolu var. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik öz-özünə keçib getmir. Demodekozun müalicəsi uzunmüddətli və kompleksdir. Vaxtında həkim-dermatoloqa müraciət edilməli və xəstəlik müalicə olunmalıdır.Həkim nəzarətində tezləşdirilmiş müayinə üsulu ilə müalicə təxminən 40 gün davam edir, tam sağalma ilə nəticələnir",- deyə həkim bildirir.

Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün aşağıdakı üsullardan istifadə edilirdi.

Xaricə istifadə üçün bir xörək qaşığı xırdalanmış ardıc meyvəsinin üzərinə 1 stəkan qaynar su tökülüb, 4-6 saat müddətinə ağzı bağlı yerdə dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 1-2 dəfə 15-20 dəqiqə müddətinə dəriyə islatma şəklində tətbiq edilir. İslatmadan öncə dərini gülümbahar çiçəyi və evkalipt yarpağının spirtli çıxarışı ilə silmək lazımdır.

Birinci reseptdə ardıc meyvəsinin əvəzinə 2 xörək qaşığı xırdalanmış yovşan otu və ya 1 xörək qaşığı kövrək murdarça qabığı, ya da 1 xörək qaşığı xırdalanmış uca andız kökü götürüb eyni qaydada prosedur aparıla bilər.

Daxilə istifadə üçün:

Hərəsindən 1 hissə olmaqla bağayarpağı yarpağı, yovşan otu, istiotlu nanə yarpağı boymadərən otu, dağ tərxunu çiçəyi, gicitkən yarpağı və 2 hissə yatıqqanqal otu xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Hərəsindən 2 hissə olmaqla üçrəng bənövşə, gülümbahar çiçəyi, dazıotu və hərəsindən 1 hissə olmaqla istiotlu nanə yarpağı, bağayarpağı yarpağı, uca andız kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Xaricə və daxilə istifadə eyni vaxtda tətbiq olunanda daha səmərəli nəticə verir.

Leyla Hüseynova bu xəstəliyə yoluxmuş insanlara  üzlərinə aloye, kələm şirəsində isladılmış salfetlərdən maska etmyi məsləhət bilir. "Tüklü balışlardan imtina edin və mütəmadi olaraq yataq dəstinizi yuyun, ütüləyin və təzələyin.

Dərinizi günəş şüalarından, külək və şaxtadan qoruyun.Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidaları və alkoqolu çıxarın.Daha çox meyvə və tərəvəzlərdən istifadə edin". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi