Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126365
az

Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi

14:2824 Dekabr, 2024
433
TİBB
  • A

Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur.

Ölkəmizdə camışçılıqla qədim dövrdən bəri məşğul olurlar. Qeyd edək ki, camış əti insanlar tərəfindən mal ətindən sonra ikinci ən çox istehlak olunan qırmızı ət növü hesab olunur. Hətta ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən balanslı və qidalandırıcı, az yağlı diyetik ət növü olduğundan camış ətinin mütəmadi istehlakı tövsiyə edilir.

Oxu24.com camış ətinin faydaları haqda məlumatı təqdim edir:

Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.

Camışlar daha çox qaba yemlərlə qidalandığından ətinin tərkibində yağların miqdarı mal ətinə nisbətən az olur. Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.),  makro- və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir. Ətin tərkibində zülallar 21 %, yağlar 1.6 %, minerallar 1.5 % və karbohidratlar (qlikogen şəklində) 1 %-ə qədər təşkil edir. Camış ətinin tərkibində mövcud olan sadə zülallar (miozin, miogen və s.) ferment rolunu oynamaqla heyvan kəsildikdən sonra ətin yetişməsi prosesini sürətləndirir. Camış ətinin tünd qəhvəyi-qırmızı rəngi onun tərkibindəki mioqlobin zülalı, eləcə də  əzələ toxumasında olan dəmir tərkibli birləşmələrlə izah edilir. Qeyd edək ki, dəmir tərkibli birləşmələr anemiyalarda böyük müalicəvi əhəmiyyət kəsb edir. Az dəyərli zülalların (elastin, kollagen) miqdarı camış ətinin tərkibində yüksək miqdarda deyildir. Camış ətindəki zülallar insan orqanizmi tərəfindən sintez olunmayan əvəzolunmaz aminturşuları ilə (histidin, izoleisin, leisin, lizin, metionin, fenilalanin, trionin, valin və triptofan) zəngindir. Tərkibində qiymətli zülalların çox olması sayəsində camış ətinin kaloriliyi 190 kkal/100q təşkil edir.

Camış ətinin tərkibində rast gəlinən yağlar (lipidlər) doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş turşulara miristin, palmitin və stearin turşularını, doymamışlara isə palmitolenin, olein, linol, linolen və araxidon turşularını aid etmək olar. Bu turşu kompleksi Omega-3 və Omega-6 kimi tanınır. Qeyd edək ki, zərərli lipid komponentlərinə aid olan xolesterolun miqdarı camış ətində yüksək deyildir (62 mqr/100qr). Tərkibində doymuş turşuların miqdarı az olduğundan camış ətinin istehlakı nəticəsində insan orqanizmində yağların piy toxuması şəklində toplanması baş vermir. Təbii otlaqlarda otlayan camışların ətinin tərkibində antioksidantların (ß-karotin və selen) miqdarı çox olur. Ümumiyyətlə, selen elementinin digər heyvan növləri ilə müqayisədə camış orqanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.

Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır:

- tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır;

- hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir;

- az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur;

- orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla, piylənmənin qarşısını alır.

 

Həmçinin oxu:   3 milyon insana ŞAD XƏBƏR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu