Döymə (tattoo) xərçəng riskini artırır?
28 Avqust 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
514
02.12.2024, 11:44
COVID-19 dağınıq sklerozun (Dağınıq skleroz (MS) mərkəzi sinir sisteminə təsir edən, geniş spektrli simptomlar və problemlərə səbəb olan xroniki autoimmun xəstəlikdir, - red.) inkişafı üçün risk faktoru ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə İsveçin Örebro Universitetinin alimləri araşdırma aparıblar.
"Biz ağır COVID-19 keçirmiş insanlarda dağınıq sklerozun inkişaf riskinin artdığını aşkar etdik. Bununla belə, ağır koronavirus xəstəsi olan çox az sayda insana sonradan dağınıq skleroz diaqnozu qoyulur", - deyə Örebro Universitetinin klinik epidemiologiya professoru Skott Montqomeri deyib.
Skott Montqomeri 2020-2022-ci illər arasında İsveçdə xəstəxanaya yerləşdirilən koronavirusa yoluxmuş bütün xəstələrin tibbi qeydlərini nəzərdən keçirib. Nəticələr göstərir ki, ağır COVID-19 xəstəsi olan 100.000 xəstədən təxminən 26-sı sonradan dağınıq skleroz inkişaf etdirib. Bu, COVID-19 diaqnozu olmayan xəstələrin riskindən iki dəfə çox olub.
Professor, şiddətli koronavirusdan sonra dağınıq skleroz diaqnozu qoyulan insanların sayının pandemiyadan sonrakı illərdə artacağından şübhələnir.
"Dağınıq skleroz diaqnozunun qoyulması 10-20 il çəkə bilər. COVID-19-un dağınıq sklerozun nə dərəcədə əhəmiyyətli bir səbəbi olduğu bir neçə ildən sonra daha aydın olacaq. Ümid edirəm ki, bu tədqiqat təsirə məruz qalanlarda dağınıq sklerozun erkən diaqnozuna gətirib çıxaracaq. Və bu xəstəliyin erkən müalicə başlanılacaq",- o, izah edib.
16:55 / 30 Avqust 2026
1
16:55 / 30 Avqust 2026
2
16:35 / 30 Avqust 2026
17
16:30 / 30 Avqust 2026
53
16:28 / 30 Avqust 2026
166
16:04 / 30 Avqust 2026
285
15:29 / 30 Avqust 2026
234
15:15 / 30 Avqust 2026
72
15:14 / 30 Avqust 2026
159
15:09 / 30 Avqust 2026
180
15:02 / 30 Avqust 2026
146
14:55 / 30 Avqust 2026
69
14:39 / 30 Avqust 2026
443
14:28 / 30 Avqust 2026
167
14:24 / 30 Avqust 2026
79
13:40 / 30 Avqust 2026
158
13:15 / 30 Avqust 2026
403
12:39 / 30 Avqust 2026
566
12:35 / 30 Avqust 2026
102
12:26 / 30 Avqust 2026
108
12:08 / 30 Avqust 2026
914
11:57 / 30 Avqust 2026
94
11:53 / 30 Avqust 2026
890
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.