Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir
02 Sentyabr 2026, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
296
01.11.2024, 15:40
Son dövrlər ölkəmizdə özəl tibb müəssisələri tərəfindən vətəndaşlara saxta sağlamlıq arayışının verilməsi halları aşkarlanır.
Bu hallardan biri də ötən günlərdə Bakı şəhərində yerləşən "General Hospital" klinikasında qeydə alınıb. Belə ki, həmin klinikanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır
Bəs, belə hallar necə baş verir və bunun qarşısını hansı formada almaq olar?
Məsələ ilə bağlı açıqlama verən tanınmış həkim, professor Adil Qeybulla bildirib ki, istər özəl, istər dövlət tibb müəssisəsi olsun, saxta sənəd verən şəxs və ya klinika hüquqi məsuliyyət daşıyır:
"Təəssüflər olsun ki, bu gün nəzarətdən çıxmış sahələrdən biri də özəl sektordur. Saxta sağlamlıq arayışı verən şəxslər mütləq şəkildə cəzalandırılmalıdırlar. Ona görə ki, saxta arayışlar müxtəlif xəstəliklərin və ya infeksiyaların yayılmasına səbəb ola bilər.
İctimai-iaşə obyektlərində vərəm, hepatit kimi xəstəlikləri olan şəxslərin işləməsi ilə bağlı məhdudiyyətlər var. Ona görə də, bu arayışların düzgün verilməsi olduqca vacibdir.
Əfsuslar olsun ki, sağlamlıq arayışlarının saxta yolla müəyyən maraq müqabilində verilməsi halları müşahidə edilir. Mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl tibb müəssisələrinin hər biri tibbin və Azərbaycan Respublikasının qanunları ilə işləməlidir. Bu çərçivədən çıxma halları olarsa, müvafiq tədbirlər görülməldir", - deyə A.Qeybulla qeyd edib.
23:10 / 02 Sentyabr 2026
683
22:51 / 02 Sentyabr 2026
115
22:50 / 02 Sentyabr 2026
189
22:45 / 02 Sentyabr 2026
126
22:34 / 02 Sentyabr 2026
374
22:15 / 02 Sentyabr 2026
106
22:13 / 02 Sentyabr 2026
872
22:09 / 02 Sentyabr 2026
274
22:03 / 02 Sentyabr 2026
554
21:58 / 02 Sentyabr 2026
88
21:48 / 02 Sentyabr 2026
3302
21:39 / 02 Sentyabr 2026
77
21:30 / 02 Sentyabr 2026
568
21:22 / 02 Sentyabr 2026
82
21:19 / 02 Sentyabr 2026
82
21:15 / 02 Sentyabr 2026
94
21:08 / 02 Sentyabr 2026
98
21:06 / 02 Sentyabr 2026
109
21:04 / 02 Sentyabr 2026
2904
20:54 / 02 Sentyabr 2026
201
20:45 / 02 Sentyabr 2026
82
20:34 / 02 Sentyabr 2026
131
20:24 / 02 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.