Daim yorğunluq hiss edirsiniz? – Həkim səbəbləri açıqladı
03 Sentyabr 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
511
29.10.2024, 23:21
Göbələk əksər insanların selikli qişalarında (ağız boşluğu, bağırsaqlar, cinsiyyət sistemi) yaşayır.
İmmunitet göbələklərin çoxalmasına mane olur və onların sayını orqanizm üçün zərərsiz olan "çərçivədə" saxlayır. Bu səbəbdən sağlam insanlarda göbələk heç bir xəstəliyin inkişafına səbəb olmur. Lakin insanın immuniteti müxtəlif səbəblərə görə zəiflədikdə göbələk kəskin şəkildə çoxalmağa başlayır ki, bu da müxtəlif pozulmalara gətirib çıxardır. Qadınlarda göbələk xəstəliyi bu uşaqlıq yolunun iltihabına (kandidoz) səbəb ola bilər. Bu xəstəliyi Candida albicans göbələyi törədir.
Kandidoz zamanı qadınları bu kimi simptomlar narahat edir:
- uşaqlıq yolunda güclü qaşınma və yandırma hissi,
- sidik ifrazı zamanı uretrada ağrı və yandırma,
- uşaqlıq yolundan ağ kəsmiyə bənzər turş iyli ifrazatların olması,
- cinsi əlaqə zamanı ağrı və yandırma hissi.
Göbələk həm qadınların, həm də bakirə qızların cinsiyyət yollarında yaşaya bilər ki, bu səbəbdən göbələk həm qadınlarda, həm də qızlarda kandidozun inkişafına səbəb ola bilər.
Kandidozun risk faktorları arasında:
- Gigiyena qaydalarına ciddi riayət edilməməsi.
- Uşaqlıq yolunun dərin yuyulması. Xüsusilə yuyunma zamanı sabun və digər vasitələr istifadə olunduqda.
- Menstruasiya zamanı tamponlardan istifadə etməsi. Tamponlardan istifadə etmək olar. Lakin bunu düzgün etmək lazımdır. Tampondan yalnız sağlam qadın istifadə edə bilər və tampon hər 4 saatdan bir (bundan artıq yox!) dəyişilməlidir. Uşaqlıq yolunda uzun müddət ərzində qaldıqda tampon istənilən ziyanlı mikrofloranın çoxalması üçün çox "əlverişli" şərait yaradır.
- Dar sintetik alt paltar.
- Antibakterial preparatlardan ("antibiotik"lər) düzgün istifadə etməməsi (həkimin təyini olmadan qəbul etdikdə, artıq dozalarda qəbul etdikdə və s.).
- Hormonal fonun pozulmaları.
- İmmun sisteminin kəskin zəifləməsi (xəstəlik, stress və s. nəticəsində).
- Şəkərli diabet. Şəkərli diabet bir çox hallarda kandidoza səbəb olur. Bəzən məhz bu simptom şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır. Bu səbəbdən əgər sizi kandidoz çox tez-tez narahat edirsə, mütləq qanda şəkərin səviyyəsini təyin etmək üçün analiz verin.
- Hamiləlik. Hamiləlik zamanı hormonal fon kəskin dəyişilir və bu da öz növbəsində kandidozun inkişafına səbəb ola bilər.
Kandidozun əlamətlərini hiss etdikdə qadın mütləq həkimə müraciət etməlidir. Lazım olan müayinə və analizlərdən sonra həkim xüsusi göbələk əleyhinə preparat təyin edəcək. Bundan əlavə həkim qadına vitamin-mineral kompleks və immun sistemini möhkəmləndirən preparat təyin edə bilər.
Mənbə: Saglamolun.az
19:12 / 03 Sentyabr 2026
3
19:07 / 03 Sentyabr 2026
23
18:50 / 03 Sentyabr 2026
37
18:36 / 03 Sentyabr 2026
41
18:22 / 03 Sentyabr 2026
44
18:05 / 03 Sentyabr 2026
48
18:02 / 03 Sentyabr 2026
60
17:55 / 03 Sentyabr 2026
61
17:43 / 03 Sentyabr 2026
59
17:30 / 03 Sentyabr 2026
73
17:25 / 03 Sentyabr 2026
65
17:20 / 03 Sentyabr 2026
83
17:20 / 03 Sentyabr 2026
107
17:18 / 03 Sentyabr 2026
72
17:15 / 03 Sentyabr 2026
65
17:12 / 03 Sentyabr 2026
732
17:09 / 03 Sentyabr 2026
72
16:58 / 03 Sentyabr 2026
83
16:55 / 03 Sentyabr 2026
66
16:50 / 03 Sentyabr 2026
70
16:47 / 03 Sentyabr 2026
65
16:41 / 03 Sentyabr 2026
75
16:30 / 03 Sentyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.