Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105962
az

Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA

00:2011 Aprel, 2024
220
TİBB
  • A

Həkim-terapevt, kardioloq, endokrinoloq Tatyana Romanenko axşam saatlarında bədənin temperaturunun yüksəlməsinin hansı xəstəliklərdən xəbər verməsi məsələsinə aydınlıq gətirib.

“Arqumentı i faktı” qəzeti yazır ki, mütəxəssisin fikrincə, bədənin temperaturunun 37 dərəcəyə qədər yüksəlməsi norma daxilində tərəddüddür və buna xüsusi diqqət yetirmək lazım deyil.


Temperatur 37,5 dərəcəni keçdiyi halda narahat olmağa dəyər.

Həkim bildirir ki, bu cür subfebril temperaturun səbəbləri müxtəlifdir və fizioloji da ola bilər: fiziki yük, isti yemək və ya müəyyən dərmanların qəbulu, həmçinin, qadınlarda aybaşıdan əvvəlki vəziyyət və alkoqol temperaturun bu cür yüksəlməsinə gətirib çıxarmaq iqtidarındadır.

Eyni zamanda, patoloji səbəblər də istisna olunmamalıdır. İlk növbədə, soyuqdəymə axşam saatlarında temperaturun qalxmasına səbəb olur. Romanenko qeyd edir ki, ləng inkişaf edən iltihabi xəstəliklərdə də belə hallar müşahidə olunur.

“Bunu müəyyənləşdirmək üçün C-reaktiv zülala analiz vermək lazımdır”, - deyə ekspert bildirib.

Bundan əlavə, hormonal pozğunluqlar və ya qalxanvari vəzinin işində problemlər temperaturu qaldırır. Bir çox onkoloji xəstəliklərdə də axşam saatlarında bədənin hərarəti yüksəlir.

“Bədənin temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxaran termonevroz adlanan əsəb xəstəliyi də var”, - Romanenko deyib. Bu zaman nevropatoloqa müraciət edilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ