Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105429
az

Təzyiq niyə qalxır? - Təzyiqi qaldıran 7 SƏBƏB

13:5504 Aprel, 2024
216
TİBB
  • A

Təzyiqimiz niyə yüksəlir? Bu barədə heç düşünmüsünüzmü? Bəzi insanlarda təzyiq hansısa orqanda baş verən problem nəticəsində qalxır. Məsələn, böyrək xəstələrində. Orqan müalicə olunduqdan sonra təzyiq problemi də aradan qalxır. Bəzi insanlarda isə təzyiqin qalxmasının heç bir səbəbi olmur. Yəni bütün orqanlarımız sağlam olsa belə təzyiq yüksələ bilir. Bəs siz dəyərli izləyicilərim, nədən sonra təzyiqiniz yüksəlir?

 

 

Son zamanlar təzyiq xəstələrinin sayı arta-arta gedir.

Uşaq, böyük, yaşlı demədən hamıda bu problem müşahidə oluna bilir. Səbəbsiz təzyiq yüksəlməsi tibdə Primer Hipertenziya adlanır. Bu, birbaşa təzyiq yüksəlməsidir. Səbəbi olan təzyiq yüksəlməsi isə Sekonder hipertenziya adlanır. Hazırda dünya üzrə 

Yəni hansısa problem təzyiqin yüksəlməsinə səbəb olur.

 

Videoda məhz bundan-təzyiqin qalxmasının 7 səbəbindən danışacağam.

 

 

 

Birinci səbəb Köklükdür. Çəki artdıqca kapillyarlarda təzyiq çoxalır. Orqanizmə yetmək  üçün kapillyarlar yaranmağa davam edir.  Kapillyar toru genişləndikcə ən uc damarlarda təzyiq artır, damarlar sərtləşməyə başlayır.  Çoxalan kapillyarlara qan ötürmək üçün ürəyimiz daha çox işləyir, daha yüksək təzyiqlə qan pompalamağa cəhd edir.  Bəli, köklük təzyiqin yüksəlməsinin səbəbidir. Buna görə də, təzyiqdən əziyyət çəkənlərə həkimlər arıqlamağı tövsiyə edir;

İnsulin müqaviməti. Bu problem, adətən, köklüklə bağlıdır. Əgər insanda artıq çəki problemi yoxdursa, amma insulin müqaviməti onu narahat edirsə, bu zaman səbəblər sırasında stress, oturaq həyat tərzi vardır.  Oturaq həyat tərzi keçirənlərdə kortizol səviyyəsi yüksək olur. Karbohidrat əsaslı  qidalanma vəziyyəti bir az da çətinləşdirir-qanda şəkərin səviyyəsi də çoxalır. Nəticədə, pankreas “ağ bayraq qaldırır”-başlayır  normadan artıq insulin ifraz etməyə. İnsulinin miqdarının artması o deməkdir ki, insulin müqaviməti artıq bir problemdir. İnsulin müqavimətinə bağlı təzyiq varsa, həkimlər nikbin olurlar. Çünki bu vəziyyəti geriyə döndürməyin çarəsi var. İnsulin müqavimətini azaldınca təzyiq də stabilləşir. Əgər qan təzyiqi ilə insulin müqaviməti eyni anda yüksəlirsə, demək, ciddi pəhrizlə vəziyyəti normallaşdırmaq mümkündür. İnsulin müqavimətini yaradan qidalara karbohidratları, emala məruz qalmış qidaları, xəmir xörəklərini misal çəkmək olar.  Rasionu nizamlayın, problemdən yaxa qurtarın. İnsulin müqaviməti varsa, orqanizmin maye tutmaq qabiliyyəti artır. Başlayır orqanizmin müxtəlif nahiyələrində şişkinliklər, ödəmlər yaranmağa.  Ödəmlərin sayı çoxaldıqca təzyiq yüksəlir. Həmən rasionu nizamlamaq lazımdır. İnsulin müqaviməti olmasa, orqanizm rahatca artıq mayedən də, artıq duzlardan da təmizlənir.   Təmizlənən orqanizmdə isə təzyiq yüksəlməz;

Hərəkətsizlik. Hipertenziyanın ən çox rast gəlinən səbəblərindəndir.  Son dönəmlərdə evdən işləyənlərin sayı çoxalıb. Onların əksəriyyəti masa arxasında oturur, günü o halda başa vururlar. İnsanların iş şəraitinin rahat olması üçün yaxşıdır, amma hərəkətsizlik özü orqanizm üçün problemdir. İnsan orqanizmi açıq havaya bağlı struktura malikdir. Hərəkətsiz, içəridə qaldıqca metabolizmanın sürəti azalır. Halbuki insan metabolizması açıq havada sürətlənmək kimi bir xüsusiliyə sahibdir.  Metabolizmanın sürəti azaldıqca yediklərimiz avtomatik olaraq yağa çevrilir. Nə yeyiriksə yeyək, insulin miqdarını çoxaltmağa xidmət edir.  Hərəkətsizlik zamanı xoşbəxtlik hormonlarının ifrazı da azalır. Nəticədə, əndişəli, daim qaş-qabaq, kədərli, ümidsiz birinə çevrilirik.  Hərəkətsiz qalanlarda yüksək təzyiq daha çox müşahidə edilir. Bəzən deyirlər: “Hərəkət edəndə təzyiqim yüksəlir”. Bəli, doğrudur! Hərəkətsiz oturduqdan sonra ayağa qalxanda qan dövranı yaxşılaşır. Bu zaman yüksələn təzyiq qorxulu deyil. Sadəcə, çalışmaq lazımdır ki, orqanizm daim hərəkətdə, aktiv olsun ki, qan dövranı yaxşılaşsın, hansısa nahiyəyə qan çatdırmaq üçün ürək qan pompaladığı təzyiqi artırmasın. Unutmayın: insan iki ayağı üstündə gəzən, daim əzələlərini, oynaqlarını hərəkət etdirən canlıdır. Əcdadlarımız uzun məsafələri ayaqla qət etdilər, iki küçə o yandakı işə nəqliyyatla getmədilər. Səhər yeməyi əldə etməkçün acqarına hərəkət etdilər, qaçdılar, qovdular, enerji sərf etdilər, pijamadaca soyuducudan atışdırmalıq götürüb divana yayxanaraq yemədilər.  Bunlar qədim insanın orqanizminin kökəlməsinə mane oldu, onları stressdən, qayğıdan, ümidsizlikdən uzaq saxladı. Biz isə indi əcdadlarımızın həyat tərzinin tam əksini yaşayırıq.  Yüksək təzyiq yanlış həyat tərzi problemlərindən biridir;
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!