Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104624
az

AYAQLARA DİQQƏT! Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət

20:3319 Mart, 2024
974
TİBB
  • A

Qaraciyərdəki problemlər haqqında xəbər tutmaq istəyirsiniz? Ayaqlarınıza baxın! 
 

Bəli, bu gün qaraciyərimiz haqqında məlumatlı olmaq üçün ayaqlarımızı müşahidə edəcəyik. Bir şeyi vurğulayım ki, hazırladığım  video ultrasəs müayinəsi edən aparat və ya mütəxəssis deyil, sadəcə, məlumat xarakterlidir.  Dəqiq müayinələr üçün   tibb müəssisəsinə getməlisiniz. 
Keçək videomuza. 

 

 

 

 

 

Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər.  Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər.  Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində  özünü biruzə verir. Çünki qan dövranı pozulur. 
 Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır. 
 Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada  vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem  mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları  sirrozun ilkin əlamətlərindəndir. 
 Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir.  A və E vitaminləri yağda  həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər  lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür. D vitamini çatışmazlığı  isə qaraciyərin işinə mane olan əsas faktordur. B3 vitamininin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına da gətirib çıxarır.  Bu dəri xəstəliyinə əllərdə və ayaqlarda daha çox rast gəlinir. 
Ayağın altında qaşıntı. Bu simptom qaraciyərdə maye yığıldığının göstəricisidir. Yəni qaraciyərdə tıxanma var, nəticədə, öd suyu normal şəkildə öd kisəsinə ötürülə bilmir.  Səbəb öd kisəsindəki daş da ola bilər. Ayaqlardakı qaşıntını və iltihablanmanı plantar-fassit ilə əlaqələndirənlər də tapılır.  Məlumat üçün deyim ki,  plantar-fassit  dərin daban fassiyasının, digər adıyla plantar aponevrozun zədələnməsi, iltihablanması, yaxud deformasiyaya uğraması səbəbiylə yaranır. Dərin daban fassiyası uzununa lifləri olan və dəriyə birləşən qalın, ağ toxumadır. Qaraciyərdə maye yığılması səbəbiylə qaşınan ayaq altlarını plantar-fassitlə qarışdırmaq  olmaz. Çünki plantar-fassit daha çox ağrı ilə özünü biruzə verir, qaraciyər problemi isə qaşıntı ilə. 
 Ayaqlarda istilik. “Yanan ayaqlar” qaraciyərdə problem olduğuna işarədir. Bu ayaqlar, həm də, iylənməsi ilə diqqət çəkir.   Üfunətli ayaq qoxusu o deməkdir ki, qaraciyər normal şəkildə detoks həyata keçirə bilmir. Yəni  onun işində ləngimələr və ya pozulmalar var.  Qaraciyər detoks edə bilməyəndə toksinlər dəri vasitəsilə xaric edilir.  Qaraciyərdə vəziyyət pisdirsə, ən birinci rasiona diqqət edilməlidir; demək, qidalanma vərdişi də pisdir. Orqanizm “zibillənib”, xüsusilə də, qalın bağırsaq və böyrəklər toksinlərin istilasına məruz qalıb.  Bu halda, inanın, barmaqlarınızın ucunda belə, sağlamlıq axtarmaq mümkün deyil.  Bununla demək istəyirəm ki, qaraciyər  xəstədirsə, demək,  orqanizm başdan-başa  xəstədir… 
 Ayaqlarda ödəmlər. Əlinizlə ayağınıza basdınız və sizə elə gəldi ki, əlinizin altında maye ilə dolu kiçik bir torba var… Bunu yaşamısınızmı heç? Yaşamısınızsa, rəylərdə yaza bilərsiniz. Bu kiçik torbalar ödəmlərdir. Yaranma səbəbi qaraciyərdə maye yığılmasıdır. 
Göbələklər.  Məsələn; ayaq dırnaqlarında göbələk peyda olubsa, demək, orqanizm göbələk sporları tərəfindən işğal olunub. Bu da onu göstərir ki, bağırsaqdakı mikroorqanizmlərin balansı pozulub. Çünki qaraciyər düzgün işləmir. Əgər  son dönəmlərdə qəfildən baş qaldıran dırnaq göbələyi, pullu dəmrov, kəpək kimi problemlərlə qarşı-qarşıyasınızsa, bilin ki, qaraciyərin iş prinsipi pozulub və ən ucdakı sinirlərdə qan dövranı həddən artıq zəifləyib. 
 
Qaraciyər problemlərinin səbəbləri nələrdir? 
Dərman preparatlarının  əks təsirləri; 
Yüksək miqdarda şəkər qəbulu; 
Pasterizə edilmiş, konservləşdirilmiş qidaların qəbulu;

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Vüqar Qurbanov onu müdir təyin etdi -FOTO
Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Dünyanın ən yaşlı çöl quşu yumurtladı

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Sumqayıtda qadının   pulqabısı     oğurlandı