Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104135
az

Qadınların nəzərinə! Uşaqlıq boynu xərçənginin qarşısını alan üsul mövcuddur

00:2710 Mart, 2024
593
TİBB
  • A

Uşaqlıq boynu xərçəngi qadınlar arasında 4-cü ən tez-tez rast gəlinən xərçəng növü sayılır.

Hər il dünyada bu xərçəngdən yüz minlərlə qadın həyatını itirir. Lakin xoşbəxtlikdən digər xərçəng növlərindən fərqli olaraq uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün etibarlı üsul mövcuddur.


Saglamolun.az xəbər verir ki, bu haqda tanınmış rusiyalı onkoloq, Oksford Universiteti professoru David Zaridze zdr.ru-ya danışıb.   

Alimin fikrinə görə, bu üsuldan kütləvi şəkildə istifadə gələcəkdə uşaqlıq boynu xərçəngini tam aradan qaldırmağa imkan verəcək.

Bu Almaniya professoru Harald zur Hauzenin icadından sonra mümkün olub. Alim sübut edib ki, uşaqlıq boynu xərçənginin səbəbi İnsan Papilloması virusudur (İPV). Bu icada görə alim Nobel mükafatına layiq görülüb.

Bütün dünyada çox yayılmış olan İnsan papilloması virusu cinsi əlaqə zamanı bir insandan digərinə keçir. Uzun müddət ərzində orqanizmdə mövcud olan virus bir çox hallarda uşaqlıq boynu və bəzi məlumatlara görə digər cinsiyyət sistemi xərçənginin (həm kişi, həm də qadınlarda) inkişafına səbəb olur.

Papillomavirusa qarşı 3 vaksin hazırlanıb. Bu vaksin papillomavirusun və bununla da uşaqlıq boynu xərçənginin qarşısını alır.

Ümumdünya Səhiyyə Təşkilatı 11-12 yaşlı uşaqlara peyvənd vurmağı tövsiyə edir. Əgər hər hansı səbəbə görə bu yaşlarda peyvənd vurulmayıbsa, kişilərə 21, qadınlara isə 26 yaşına qədər peyvənd vurula bilər.   

Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə papillomavirusa qarşı vaksinasiya artıq uzun müddətdir ki istifadə olunur və çox yaxşı nəticələr verir.

Alimlərin fikrinə görə, dünyada İPV-a qarşı vaksinasiya kütləvi şəkildə tətbiq olunduğu halda 25-30 ildən sonra uşaqlıq boynu xərçəngi kəskin azala və hətta tam yox ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!