Sağlam ürək üçün bunları edin!
14 Dekabr 2025, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
895
09.02.2024, 21:31
Bu video öd əməliyyatından çıxanlar haqqındadır. Öd əməliyyatına girməyi düşünənlər də baxa bilərlər. Vacib bir daxili orqanı əməliyyatla aldırmazdan qabaq bu orqanın hansı işlərə məsul olduğunu bilməyiniz mütləqdir.
Öd kisəsi nədir?
Öd kisəsi öd suyunu içində saxlayan orqandır. Öynələrarası zaman ərzində öd suyunu depolayır. Yemək zamanı hərəkətə keçir, öd suyu ifraz edir. Öd kisəsi əməliyyatla çıxarılan insanlar öd suyu konsentrasiyasına sahib olmurlar. Bu insanlarda öd kanallarından nazik bağırsağa öd suyu damır ki, bu da normal həzm üçün yetərli deyil. Öd kisəsində daş, yaxud başqa bir simptom səbəbiylə baş tutan cərrahiyyə əməliyyatı ödlə bağlı problemlərin həllidir. Əməliyyat da, əməliyyatın nəticəsi də problemə uyğundur.
Öd suyu nədir?
Öd suyu qaraciyər tərəfindən istehsal edilir. Kiçik borularla öd kisəsinə, oradan da öd kanalları vasitəsilə nazik bağırsağa ötürülür. Öd suyu yağları parçalayan yuyucu vasitə kimidir. Tutaq ki, bir balaca şüşə qabda yağımız var. Başqa bir qabda isə yuyucu vasitəmiz var. Biz şüşə qabdakı yağı yumalıyıq. Bunun üçün, əlbəttə ki, yuyucu vasitəyə ehtiyacımız var. Yəni qəbul etdiyimiz qidadakı yağların parçalanması, yuyulması üçün öd suyuna ehtiyacımız var.
Yuyucu vasitə ilə yağı qarışdıranda nə baş verdiyinə baxaq. Bu saxta öd duzunu götürək, yağın içərisinə əlavə edək, qarışdıraq. Baxın, yağları necə parçalayır. Öd suyu eynən bu prosesi həyata keçirir.
Mədəaltı vəzidə lipaz adlı ferment var. Bu ferment yağı asanlıqla daha kiçik molekullara ayırır. Beləcə, həll olunan vitaminlər nazik bağırsaq tərəfindən mənimsənilir. Daha açıq deyim: A vitamini kimi yağda həll olunan viaminləri qidalardan seçib ayırmaq üçün öd suyuna ehtiyacımız var. A vitamini çatışmazlığı varsa, alatoranlıqda yaxşı görə bilməzsiniz. Ürək üçün isə E vitamini önəmlidir. E vitamini əzələlərdə depolanır, cinsiyyət hormonlarının qorunması üçün hipofiz vəzinə yığılır. Bəli, E vitamini orqanizm üçün çox vacibdir. E vitamini ürəyi qoruyur, arteriyalardakı iltihablanmanı və oksidləşməni önləyir. Lazımi qədər öd suyu yoxdursa, orqanizm qidalardakı E vitaminini seçib ayıra bilmir. Bu da ürəyin işləməkdə çətinlik çəkməsinə, hormonların düzgün ifraz olunmamasına gətirib çıxarır.
Orqanizm üçün vacib olan vitaminlərdən biri də D vitaminidir. Hazırkı dövrdə insanların çoxunda D vitamini çatışmazlığı var. Öd suyu olmasa, D vitamini orqanizm tərəfindən mənimsənilmir.
Bir az da K vitaminindən, xüsusilə, K1 və K2 vitaminlərindən danışaq. K1 vitamini çatışmazlığı qanaxmalarla nəticələnir. K2 olmasa, qəbul edilən kalsium qan damarlarında, oynaqlarda-lazımsız yerlərdə yığılır.
Öd suyunun ürək sağlamlığı üçün vacibliyinə diqqət çəkək. Öd suyu ürəkdəki iltihablanmanı önləyən Omeqa-3 yağ turşularının, ümumiyyətlə, bütün yağ turşularının qidadan ayrılmasına xidmət edir.
Öd daşları yüksək konsentrasiyalı xolesterol daşlarıdır. Yəni həddən artıq xolesterolunuz varsa, buna qarşılıq, lazımi qədər öd suyunuz yoxdursa, öd kisəsində daşlar əmələ gəlir. Bunun müxtəlif səbəbləri ola bilər:
1) Qaraciyərdəki hər hansı bir problem imkan vermir ki, öd suyu istehsal olunsun;
Həmçinin oxuyun
09:29 / 16 Dekabr 2025
173
09:25 / 16 Dekabr 2025
14
09:18 / 16 Dekabr 2025
14
08:23 / 16 Dekabr 2025
33
08:21 / 16 Dekabr 2025
31
08:19 / 16 Dekabr 2025
42
00:25 / 16 Dekabr 2025
486
00:14 / 16 Dekabr 2025
133
00:03 / 16 Dekabr 2025
97
23:55 / 15 Dekabr 2025
84
23:51 / 15 Dekabr 2025
1102
23:45 / 15 Dekabr 2025
79
23:28 / 15 Dekabr 2025
105
23:25 / 15 Dekabr 2025
69
23:21 / 15 Dekabr 2025
187
23:14 / 15 Dekabr 2025
88
23:08 / 15 Dekabr 2025
93
23:02 / 15 Dekabr 2025
85
22:54 / 15 Dekabr 2025
71
22:49 / 15 Dekabr 2025
100
22:48 / 15 Dekabr 2025
80
22:31 / 15 Dekabr 2025
129
22:27 / 15 Dekabr 2025
90
22:09 / 15 Dekabr 2025
718
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.