Breket çıxarılandan sonra dişlər niyə yenidən əvvəlki yerinə qayıtmağa çalışır? – Stomatoloqlardan XƏBƏRDARLIQ
23 Sentyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
727
21.01.2024, 12:24
Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur.
Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında "burun əti" kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?
Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur: "Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir".
C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi: "Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir".
Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır".
00:14 / 24 Sentyabr 2026
3
00:14 / 24 Sentyabr 2026
106
00:08 / 24 Sentyabr 2026
25
23:59 / 23 Sentyabr 2026
33
23:55 / 23 Sentyabr 2026
33
23:54 / 23 Sentyabr 2026
24
23:48 / 23 Sentyabr 2026
36
23:36 / 23 Sentyabr 2026
41
23:29 / 23 Sentyabr 2026
51
22:52 / 23 Sentyabr 2026
46
22:37 / 23 Sentyabr 2026
53
22:30 / 23 Sentyabr 2026
61
22:14 / 23 Sentyabr 2026
68
21:47 / 23 Sentyabr 2026
115
21:36 / 23 Sentyabr 2026
690
21:19 / 23 Sentyabr 2026
83
21:09 / 23 Sentyabr 2026
144
21:05 / 23 Sentyabr 2026
193
20:54 / 23 Sentyabr 2026
81
20:43 / 23 Sentyabr 2026
80
20:30 / 23 Sentyabr 2026
69
20:17 / 23 Sentyabr 2026
86
19:59 / 23 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.