Bu 5 növ balıqdan yeyin - Həkim siyahını AÇIQLADI
24 Sentyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
870
01.01.2024, 23:13
Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və cərrahiyyədə ən bahalı əməliyyatlardan biri sayılan aorta damarının (bədənin ən böyük damarı) anevrizmasının qapalı yolla bərpası, endovaskulyar stent qreft yerləşdirilməsi uğurla icra edilib.
Oxu24.com -a Klinikadan verilən məlumata görə, bu münasibətlə keçirilən infosessiyada TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Yeni Klinikanın direktoru Barat Yusubov, uzman invaziv radioloq Ağakişi Yəhyayev və uzman invaziv radioloq Nicat Alışev icra edilən əməliyyatla bağlı ətraflı məlumat veriblər.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov bildirib ki, cərrahi əməliyyat zamanı Nicat Alışev, uzman ürək-damar cərrahı Əlizamin Yusifli və Ağakişi Yəhyayev tərəfindən xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilib.
Yeni Klinikanın direktoru Barat Yusubov məlumat verib ki, artıq son iki gündə dörd xəstənin əməliyyatı həyata keçirilib və hər biri uğurla başa çatıb.
Əməliyyatlara rəhbərlik edən uzman invaziv radioloq Ağakişi Yəhyayev əməliyyat prosesini əks etdirən görüntüləri nümayiş etdirərək bildirib ki, qarın aortasının anevrizması - qarın damarlarının genişlənməsidir.
Bu xəstəlik inkişafa meyillidir, diametri il ərzində orta hesabla 10 % arta bilər, bu da həmin damarların genişləndikcə partlamasına səbəb olur.
Qarın aortasının anevrizması ölüm faizi kifayət qədər yüksək olan xəstəliklərdəndir. Həmçinin xəstəliyin açıq cərrahi müalicəsində bir sıra fəsad və travmatik vəziyyət müşahidə edilə bilər.
Müasir dövrdə elm və texnikanın inkişafının tibb sahəsində özünü göstərməsi xəstəliyin cərrahi müalicəsinin artıq qapalı yolla icrasına şərait yaradıb.
Qeyd edilən riskləri minimum səviyyəyə endirən qarın aorta damarının anevrizmasının qapalı yolla bərpası artıq Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində növbəti ildən mütəmadi olaraq həyata keçiriləcək.
12:24 / 25 Sentyabr 2026
14
12:20 / 25 Sentyabr 2026
17
12:17 / 25 Sentyabr 2026
30
12:15 / 25 Sentyabr 2026
38
12:11 / 25 Sentyabr 2026
33
12:09 / 25 Sentyabr 2026
38
12:05 / 25 Sentyabr 2026
71
11:56 / 25 Sentyabr 2026
56
11:51 / 25 Sentyabr 2026
44
11:40 / 25 Sentyabr 2026
63
11:29 / 25 Sentyabr 2026
547
11:26 / 25 Sentyabr 2026
80
11:25 / 25 Sentyabr 2026
46
11:22 / 25 Sentyabr 2026
90
11:15 / 25 Sentyabr 2026
338
11:11 / 25 Sentyabr 2026
65
11:01 / 25 Sentyabr 2026
53
10:57 / 25 Sentyabr 2026
83
10:52 / 25 Sentyabr 2026
55
10:48 / 25 Sentyabr 2026
63
10:46 / 25 Sentyabr 2026
66
10:44 / 25 Sentyabr 2026
60
10:40 / 25 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.