Bu 5 növ balıqdan yeyin - Həkim siyahını AÇIQLADI
24 Sentyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
970
30.12.2023, 22:48
Doktor Qüdrət Qəhrəmanov “Zob”un simptomlarından danışıb. Modern.az-ın məlumatına görə, həkim aşağıdakı əlamətləri olanlara məsləhət verib.
- Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.
Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır.
Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir:
- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;
- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;
- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);
- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü);
- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;
- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması;
- uşaqlarda – fiziki və əqli gerilik;
- kişilərdə - cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.
Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.
Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:
- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;
- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;
- daima aclıq fonunda çəkinin azalması;
- uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək);
- quru və isti dəri;
- bərəlmiş gözlər;
- əllərin əsməsi.
Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!
Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.
15:42 / 25 Sentyabr 2026
1
15:40 / 25 Sentyabr 2026
9
15:36 / 25 Sentyabr 2026
86
15:35 / 25 Sentyabr 2026
25
15:27 / 25 Sentyabr 2026
38
15:25 / 25 Sentyabr 2026
30
15:22 / 25 Sentyabr 2026
35
15:07 / 25 Sentyabr 2026
50
14:59 / 25 Sentyabr 2026
41
14:25 / 25 Sentyabr 2026
53
14:22 / 25 Sentyabr 2026
161
14:15 / 25 Sentyabr 2026
54
14:05 / 25 Sentyabr 2026
50
13:58 / 25 Sentyabr 2026
383
13:50 / 25 Sentyabr 2026
69
13:30 / 25 Sentyabr 2026
144
13:26 / 25 Sentyabr 2026
65
13:25 / 25 Sentyabr 2026
60
13:23 / 25 Sentyabr 2026
56
13:19 / 25 Sentyabr 2026
61
13:10 / 25 Sentyabr 2026
55
13:05 / 25 Sentyabr 2026
59
13:00 / 25 Sentyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.