Qaynar xətt:

(+99450) 247 90 86

Şakiraya heykəl qoydular

Şakiraya heykəl qoydular

ŞOU-BİZNES

556

27.12.2023, 22:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Şakiranın doğulduğu kolumbiyalı Barranquillada onun şərəfinə heykəl qoyulub.

 

Bürünc və alüminiumdan hazırlanmış hündürlüyü 6,5 m olan abidədə müğənninin “Hips Don't Lie” ( “Omba yalan deyil” kimi tərcümə olunur) mahnısına çəkdirdiyi klipdə ifa etdiyi rəqsdə təsvir olunub.


Şakiranın reper Wyclef Jean ilə birlikdə ifa etdiyi mahnı 2006-cı ildə işıq üzü gördü və dərhal dünya hit-paradlarının zirvəsinə yüksəldi.

 

Yayımlandıqdan sonra 14 il ərzində Hips Don't Lie üçün video YouTube-da 1,3 milyard dəfədən çox izlənilib; bir neçə il əvvəl video yenidən rəqəmləşdirilib və 4K formatında yenidən yüklənib.


Heykəlin altındakı lövhədə “Yalan danışmayan omba, bənzərsiz istedad və kütləni hərəkətə gətirən səs” yazılıb. Heykəlin açılışında Şakiranın valideynləri Uilyam Mebarak və Nydia Ripoll, həmçinin Barranquilla şəhərinin meri iştirak edib.

Şakira X sosial şəbəkəsində yazıb: “Heykəltəraş Yino Markesə və rayon rəssamlıq məktəbinin şagirdlərinə həmyerlilərimin böyük sənətkarlıq istedadının bu nümunəsinə görə təşəkkür edirəm”.

 

Müəllif: Nigar