Rəqsanə atasının ölümü ilə paylaşım edib - FOTO
24 Sentyabr 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
597
26.12.2023, 20:20
OXU24.COM bildirir ki, Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev Lent.az-a 2024-cü illə bağlı proqnozlarını səsləndirib.
- Zirəddin bəy, adətən müxtəlif heyvanların adı ilə bağladığımız hər ilin öz xarakteri olur. Əjdaha ili insanlara nə vəd edir?
- İl dəli Əjdaha ilidir. Əjdaha uşaq xarakterli, emosional və çılğındır. Tövsiyə edirəm bu il insanlara həmişəkindən mehriban davranaq. Çünki ani savaşlar, küsülülüklər, çılğın emosiyalar üzə çıxa bilər. İnsanlar tez küsə, dalaşa və aralarında münaqişə yarana bilər. Əjdaha ilinin xarakterinə uyğun olaraq dövlətlər arasında da müxtəlif səviyyəli münaqişələr yaranacaq.
- Üzümüzə gələn ildən nə gözləyək?
- 2024-cü il digər illərdən çox fərqlənməyəcək. Texniki, hərbi, tibbi sahələrdə inkişaf görürəm. Lakin ümumilikdə rahat il olmayacaq. Tektonik hərəkətlənmələr, terror aktları ili kimi hiss edirəm. Yerdə böyük partlayış olacaq. Bu ya asteroid, ya da vulkan partlaması ola bilər. Yenə zəlzələ fəlakəti yaşanacaq. Konkret ölkə deməyəcəm, amma bu Yaxın Şərqdə görünür. Dünyada təbii fəlakətlər çoxalacaq. Eyni zamanda dünyada yeni virus yayılacaq. Lakin pandemiya xarakteri daşımayacaq.
- Azərbaycanda ölkədə yayılmış qızılca xəstəliyi yeni növ virusdur deyənlər var. Bu xəstəlik geniş yayılacaq?
- Boş yerə təşviş yaşanır, bunun böyük fəlakətə səbəb olacağını hesab eləmirəm.
- Hansı ölkələrdə problemlər gözlənilir?
- MDB üzvü olan və Orta Asiya ölkələri üçün elə də uğurlu olmayacaq. 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində Avropa qitəsində böyük təbii fəlakətlər gözlənilir.
- Rusiya-Ukrayna, İsrail -HAMAS münaqişəsi necə nəticələnəcək?
- Rusiya-Ukrayna arasında qarşıdurma 2024-cü ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. İsrail HAMAS-a qalib gələcək. İran daxilində yenə yayın əvvəli və ortalarında münaqişə yaranacaq cəmiyyət çalxalanacaq.
- Məşhurların həyatında hansısa dəyişiklik görünür?
- Ad çəkib heç kimi xoflandırmaq istəməzdim. 2024-2026-cı illərdə bizə qonşu olan iki ölkənin prezidentləri möhkəm xəstələnəcək.
Həmçinin oxuyun
21:19 / 25 Sentyabr 2026
1
21:15 / 25 Sentyabr 2026
17
21:13 / 25 Sentyabr 2026
17
21:09 / 25 Sentyabr 2026
26
20:54 / 25 Sentyabr 2026
109
20:49 / 25 Sentyabr 2026
28
20:44 / 25 Sentyabr 2026
35
20:39 / 25 Sentyabr 2026
38
20:39 / 25 Sentyabr 2026
79
20:25 / 25 Sentyabr 2026
102
20:25 / 25 Sentyabr 2026
50
20:03 / 25 Sentyabr 2026
75
19:59 / 25 Sentyabr 2026
53
19:58 / 25 Sentyabr 2026
58
19:54 / 25 Sentyabr 2026
69
19:52 / 25 Sentyabr 2026
72
19:47 / 25 Sentyabr 2026
51
19:39 / 25 Sentyabr 2026
593
19:38 / 25 Sentyabr 2026
67
19:27 / 25 Sentyabr 2026
349
19:20 / 25 Sentyabr 2026
68
19:10 / 25 Sentyabr 2026
59
18:59 / 25 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.