Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98806
az

Müğənni Nəfəsin maşınından pul oğurlayana hökm oxundu

20:2601 Dekabr, 2023
419
ŞOU-BİZNES
  • A

Ötən il dekabrın 30-da gecə saat 2 radələrində Nəsimi rayonu ərazisində müğənni Nəfəsə (Günel Məmmədli) məxsus “Range Rover” markalı avtomobildən 6 min manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü T.Ağayev Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, T.Ağayev yol kənarında dayanıb salfet satmaqla məşğul olurmuş. O, gecə saatlarında müğənninin “Range Rover” markalı avtomobillə Nəsimi rayonu ərazisində dayanaraq səsyazma studiyasına daxil olmasını görüb. Bundan sonra T.Ağayev avtomobilin açıq qalan qapısından daxil olmaqla maşındakı pulqabıdan 6 min manat götürərək qaçıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə saxlanılan şəxs pulları müğənniyə geri qaytarıb.

Məhkəmənin hökmü ilə T.Ağayevə 2 il 3 ay həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ