Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93855
az

Tanınmış bloger qəzaya düşdü: qolu amputasiya edildi - VİDEO - FOTO - YENİLƏNDİ

09:0415 Avqust, 2023
242
ŞOU-BİZNES
  • A

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

OXU24.COM  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.

Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.

--------

06:00

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.

OXU24.COM  xəbər verir ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ