Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92408
az

Cahangir Zeynallı: “Anam mənim üçün iki dəfə nazirin yanına xahişə gedib” - VİDEO

19:4110 İyul, 2023
284
ŞOU-BİZNES
  • A

"Mənim Türkiyəyə getmək səbəbim anam Nəsibə Zeynalovanın xəstəliyi ilə bağlı idi. İllər əvvəl mənə söylədilər ki, "Cahangir bəy sizin Türkiyəyə getməyiniz hamımızı çaşdırdı. Ya sən, ya Nəsibə xanım açmayacağınız qapı yox idi. O zamanlar elə bir nazir yox idi ki, mənə nədəsə köməklik etməsin. Onlar ən uzağı deyirdilər ki, sabah saat 11-də gəl görüşək. Mən də heç zaman hansısa xahişi özüm üçün istəməzdim. Özüm üçün həyatda heç zaman heçnə istəməmişəm". 

OXU24.COM  bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı qonaq olduğu "Söhbət var" verilişində deyib. 

Sənətkar bildirib ki, mərhum anası, Xalq artisti Nəsibə Zeynalova onun üçün iki dəfə nazirin qəbuluna gedib: 

"Nəsibə xanım mənim üçün iki dəfə nazirin yanına xahişə gedib. Bir mən əsgər gedəndə... Noyabr ayına kimi gözləmək istəmədim. Murtuz Quliyevin yanına getdim. Nəsibə xanım dedi ki, mən istəyirəm ki, oğlum indi getsin əsgər. Oradan da Murtuz müəllim dedi ki, "Kimdir o? Necə insandır ki, Nəsibə xanım övladını əsgər göndərmək istəyir?" İkinci dəfə isə anam Zakir Nərimanovun yanına getdi ki, "Oğlum Cahangir Musiqili Teatrda işləmək istəmir. O, Şəkiyə getmək istəyir". Yəni təyinatımı Şəkiyə istəyib. Başqa məsələdən ötrü mənim üçün xahiş olunmayıb. Özüm üçün də heçnə xahiş etməmişəm". 

C.Zeynallı Türkiyəyə köçməsinin səbəblərindən də danışıb: 

"Anam Nəsibə xanım atamın vəfatından sonra iflic olmuşdu. O, böyük stress keçirmişdi. Onun dərmanlarını və yaşamını qarşılamaq üçün Türkiyəyə yollandım. Elə insanlar var ki, xaricə gedib Azərbaycanın arxasıyca danışır. Öz ölkəsini kiçildib, orada bir iş görməyən insanlara hər zaman nifrət etmişəm. Elə insanlarla dəfələrlə Türkiyədə mübahisələrim olub və onları susdurmuşam.

Demişəm ki, sən azərbaycanlısan, Vətəninin dəyərini, qiymətini bil. Qanının dəyərini bil. Yoxsa sənin qanın pozulmuşdur. Mən sərt danışanam. İmkanım, savadım, bacarığım olub, getmişəm Türkiyəyə və on il anamı yaşada bilmişəm. Açığı deyim ki, həyat yoldaşımla Türkiyədə 3-5 il arasında yaşamağa getmişdik. Amma getdim, işlər dəyişdi"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə: