Xalq artisti Aygün Kazımova hər kəsi çaşdıracaq addım atıb.
Oxu24.com xəbər verir ki, müğənni Vaqif Gərayzadənin doğum gününü fərqli şəkildə təbrik edib. Belə ki, o, 2002-ci il, 5 may tarixində Heydər Əliyev sarayında keçirilən özünün “Gələrsiz, görərsiz” konsertindən görüntülər paylaşıb.
Bu görüntülərdə onun küsülü olduğu Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Elnarə Xəlilova, Natavan Həbibi, Samir Bağırov da olub.
Aygünün paylaşımına Natavan Həbibi “Gözəl qız” şərhini yazıb. Bir digər rəy isə müğənni Elnarə Xəlilovadan gəlib. O, “Nə gözəl vaxtlar, qırx dəfə baxdım” deyə fikir bildirib.
Kazımovanın bu addımı isə izləyicilər tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib. Röya Ayxan cəbhəsindən isə paylaşımla bağlı heç bir reaksiya gəlməyib.
Tünzalə Ağayevadan isə hər hansı bir rəyin gəlməsi gözlənilən deyil, çünki dünən Əməkdar artistin atası dünyasını dəyişib.
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR