Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
714
az

\"Kaş məndən halallıq alardı\" - Əməkdar artist ölən deputat haqqında

00:2217 Aprel, 2018
1271
  • A
 “Bu xəbəri eşidəndə çox pis oldum”.

Bu haqda aznews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova millət vəkili, mərhum Astan Şahverdiyevin ölümündən danışarkən deyib. Müğənni dünyasını dəyişən deputata halallıq verdiyini bildirdi:
“Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Allah ona rəhmət eləsin. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət söyləsin. Mən müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Mən də ürəyi rəhimli, mərhəmətli insanam. Heç kimin malına da yan baxmamışam. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yeməyəsən, ona sahib çıxmağa can atmayasan… Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev, onun 11 sotdan çox torpağını mənimsəyib. Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
Şərabın elə bir faydası üzə çıxıdı ki...

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı