Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb.
Oxu24.com xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərli bu qərara etiraz edib.
Aktrisa feysbuk hesabında bununla bağlı status yazıb:
“Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz? ” – deyə Əməkdar artist bildirib.
Sosial şəbəkədəki minlərlə izləyici aktrisanın bu fikrilərinə müsbət rəy bildirərək ona dəstək olublar.
Oxu24.com
ŞƏRHLƏR