Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3345
az

Məhəbbət Kazımovun oğlu gizlinləri açdı: “Atam son nəfəsində…”

23:0802 İyul, 2018
1450
ŞOU-BİZNES
  • A
Sevilən sənətkar, əməkdar artist Məhəbbət Kazımovun doğum günüdür.

Oxu24.com-a açıqlama verən sənətkarın oğlu Rəşid Kazımov atasının yoxluğu ilə hələ də barışmadığını deyib:

“Atamın yoxluğu ilə hələ də barışmırıq. Çünki o unudulası ata deyildi. Atam sənətkar idi və bu gün də xalqımız onu sevə-sevə xatırlayır. Məzarı üstə gedəndə hər dəfə təzə-tər gül-çiçək dəstələri görürəm. Qəbri gül-çiçəklə dolu olur. Bu o deməkdir ki, atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır. Həmişə mənə zəng edib hal-əhval tuturlar”.

Rəşid atasının son dəqiqələrini xatırlayıb:

“Atam deyən-gülən, pozitiv insan idi, ölümü yaxına buraxmırdı. Ölüm onu qəfil haqladı. Səhərə yaxın halı pisləşdi, təcili yardım çağırdıq. Həkim onu müayinə edib, artıq gec olduğunu bildirdi. Halı pisləşən məqamda nəsə demək istəyirdi, amma macal olmadı. Heç cürə sözünü deyə bilmədi. Amma bilirəm ki, onun arzuları bizimlə bağlı idi. Ailəsini çox sevirdi, bizim üçün narahat idi. Həssas insan idi, bir musiqidən, bir sözdən kövrələ bilirdi, gözləri dolurdu. Laçın həsrəti ilə alışıb-yanırdı. Amma arzusunu özü ilə məzara daşıdı”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ