Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25841
az

Xatirə Vasifin “Fəxrəddin daha yaxşısına layiqdir” sözlərinə CAVAB VERDİ - VİDEO

18:3705 Mart, 2020
653
ŞOU-BİZNES
  • A

Müğənni Xatirə İslam həmkarı və 21 illik dostu Vasif Məhərrəmlinin onun həyat yoldaşı haqqında dediyi “Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir” sözlərinə cavab bildirib.

Oxu24.com xəbər verir ki, Xatirə İslam bu barədə instaqramda video paylaşaraq həmkarının dediklərinə aydınlıq gətirib:

“21 illik dostumsan, təşəkkür edirəm ki, ailəmə milyonların qarşısında belə dəyər verdin. Mən də heç pis qız deyiləm, xahiş edirəm ki, haqqımda yaxşı danışasan. Onu qaldırıb məni niyə yerə vurursan? Mən bilirəm ki, Vasif o sözləri niyə deyib. İstəyir ki, sənin necə yaxşı olduğunu hər kəsə tanıtsın. Düzdür, sənin pis xasiyyətlərin də var, amma yaxşıların daha çoxdur.

Yazılanlardan elə məna çıxır ki, yoldaşım Xatirədən də yaxşı qıza layiqdir. Mənə nə olub ki, başa düşmədim? Bəzən açıq paltar geyinirəm və ya hansısa açıqlama verirəm, həmin dəqiqə yazırlar ki, bunun əri hara baxır. Vasif bunu sübut etmək üçün elə danışıb. Təki mənim dostlarım mənə edə biləcəyi hörməti, izzəti evimə, ailəmə, uşağıma, yaxınlarıma etsinlər. Bu, mənim üçün milyonlardır. Dostluq belə olar”.

 

Xatırladaq ki, Vasif Məhərrəmli müsahibəsində Xatirə İslam haqqında bunları demişdi:

“Xatirə ilə dostuq. Aramızda ancaq dostluq münasibəti var. Mən də ailəliyəm. Demirəm aydan arı, sudan duruyam. Amma evliyəm. Xatirə də ailəlidir, gözəl həyat yoldaşı var. Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Ona qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman bu barədə bəxtəvərlik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldo əkizlərinin doğum gününü belə təbrik etdi – FOTO
“Mən olan yer səhnədir” - Aygün Kazımova

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü