Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2408
az

"Guya məni müxtəlif vəzifəli şəxslər saxlayır..."- Tanınmış aparıcıdan sensasion AÇIQLAMA

19:3630 May, 2018
1478
ŞOU-BİZNES
  • A
 Bunu Oxu24.com-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sabiq koordinatoru Vasif Akifli Həcər Kəngərlinin Kəmalə Ağazadəyə qarşı qaldırdığı 7800 manatlıq dələduzluq ittihamından danışarkən deyib. Onun fikirincə, baş verən proseslərdə adının hallanmasına səbəb, Kəmalə Ağazadə ilə ailə dostu olmasıdır:

"Bu hadisələr baş verəndə mən Həcər Kəngərlini tanımırdım. Biz Həcər xanımla bir yerdə işləməmişik. O, sığınacaqdan işdən çıxarılandan sonra mən bura gəlmişəm. Amma bu proseslərdən sonra gözə görünməyən qüvvələr həmin xanımla əlbir olub mənim ictimai nüfuzuma xələl gətirirlər. Məqsəd sığınacaqda işləməyim və Kəmalə xanımla yaxın ailə dostu olmağımdır. Müxtəlif zamanlarda şantaj olunuram. Mən heç kəsdən pul almamışam və kimisə işə götürüb, çıxartmaq kimi səlahiyyətim də olmayıb. Elə isə mən niyə bu məsələlərdə təhqir olunuram? Düşünün, məhkəmə başlayandan mən öz övladımı məktəbə aparıb, məktəbdən götürə bilmirəm. Nədir ki, onun mənim övladım olmasını bilən olmasın. Artıq mən bu insanlardan hər şey gözləyirəm. Kəmalə xanımın evinə başı kəsilən ilan atılıb. Bu gün ora atılan ilan sabah mənim də evimə atıla bilər. Ətrafımdan, ailəmdən və övladımın taleyindən narahatam. İstənilən zamanlarda istəlinən formada təhqir olunuram. Məqsədləri məni ləkələməkdir”.

Vasif Akifli Həcər Kəngərlini məhkəməyə verəcəyini bildirib:

"Ünvanıma təhqiramiz ifadələr işlətdiyinə görə mən onu məhkəməyə verəcəm. Tələb edəcəm görüm, o, məni məhkəmə zalında şahidlərin yanında hansı əsasla həbslə hədələyir? Proseslər başlayandan ünvanıma deyilməyən şər-böhtan qalmayıb. Buna görə ailəm dağıldı. Gah dedilər cinsi orientasiyamda problem var, guya məni müxtəlif vəzifəli şəxslər saxlayır, narkotik istifadəçisi və pedofiləm. Bilmirəm, burada yaşayan uşaqların hüquqlarını qoruyum, yoxsa öz haqqlarımı? İnsanın bir dayanan yeri olmalıdır. Anam yaşında arvadların ər davalarında mən bu gün istifadə olunuram. Get problemini ərinlə həll elə. Qoy məni şərləyənlərin özləri də qanun qarşısında cavab versinlər”.

Qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə dələduzluqda və rüşvət almaqda ittiham olunur. Birlik sədri Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.


Xəbər verək ki, aparıcı Vasif Akifli uzun zamandır Türkiyədə televiziya sahəsində sosial layihə üzərində çalışır və bu sahədə ixtisaslaşır. Hazırda müvəqqəti olaraq Bakıdadır.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi