Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

2019/12/09/1575893363_nuru-ehmedov.jpg

ŞOU-BİZNES

2671

09.12.2019, 16:05

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.

 

Oxu24.com   xəbər verir ki, 40 ölkədən yarışmaya qatılan iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best  Model  of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb.

 

Xatırladaq ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018" milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.

 

Azərbaycanlı  iştirakçı, model Nigar Həsənzadə isə sözügedən yarışmada “Best Asia” tituluna layiq görülüb.

 

Azərbaycan tərəfindən “Best Model of the World” müsabiqəsində yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə, rəsmi qida məsləhətçisi isə həkim Azay Musayeva iştirak edib.

 

Qeyd edək ki, “Best Model of The World" müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub.