Yusif Eyvazov Mədəniyyət Nazirliyinə ÇAĞIRILIB
08 Aprel 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1374
06.12.2019, 23:01
Azərbaycanlı məşhur şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə Prezident İlham Əliyeva müraciət edib.
Oxu24.com xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə paylaşım edib.
O, aparıcı X.Hidayətqızının oğlunu izlətdiyini və onun təhlükəsizliyindən narahat olduğunu bildirib: “Ölkəmizin prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlara qarşı qayğılarını nəzərə alsaq və islahatları gözümüzün önündə canlandırsaq görərik ki, həqiqətən də xalqın yanındadırlar.
Mən bir şairə, xalqın qızı, vətəndaşı olaraq sizə müraciət edirəm. Bildiyiniz kimi məni Xoşqədəm Hidayətqızı artıq 2 ildən çoxdur ki, rahat buraxmır. Səbəbini bilməsəm də bu insanın məndə öcü (qısas almaq istəyir – red.) var. Amma hal-hazırda Xoşqədəm, sən tamamilə ağ elədin! Sən yolunu o qədər azdın ki, artıq buna ad vermək olmur! Buna görə də mən məcbur olub övladlarımın təhlükəsizliyi və həyatı üçün Cənab Prezidentə müraciət edim”.
Şairə bu barədə oğlunun zəng edib məlumat verdiyini bildirdi: “Bir az bundan öncə oğlum mənə zəng edib dedi ki, Xoşqədəm Hidayətqızı mənim haqqımda məlumatlar toplatdırır. Kiməm? Nəçiyəm? Saat neçədə dərsə gəlirəm? Oxuya-oxuya necə işləyə bilirəm? Hansı avtomobili sürürəm?
Həmçinin oxuyun
Oğlum, BDU-da oxuyur və onu orada hamı tanıyır. Xoşqədəm sənin problemin mənimlədirsə, cəsartin yoxdurmu qarşıma çıxmağa? Heç bir söhbətin həll olunmasında ailə və uşaqlar qarışmır. Mən hələ ölməmişəm ki, mənim uşaqlarımın həyatını sən həll edəsən. Qarşıma çıxa bilmirsənsə, artıq uşağımın həyati təhlükəsini üstələdin. Əvvəl mən inanmadım, dedim Xoşqədəm bunu necə edə bilər. Amma mənə dekanlıqdan dedilər ki, belə bir məlumat var və biz uşağı xəbərdar etmişik ki, ehtiyatlı olsun.
Xoşqədəm sən bu ölkənin islahatlarına daxil olmalısan. Başqa seçim yoxdur. Kiminsə uşağını izlətmək nə deməkdir? Bu nə çirkli oyundur, oynayırsan? Sənin övladın yoxdur ki, camaatın övladını izlətdirirsən? Hörmətli Prezident, sizdən son dərəcə xahiş edirəm Xoşqədəm Hidayətqızının mənim övladlarımı izlətməsi məsələsinə birbaşa nəzarət edəsiniz. Mənim övladlarım bu ölkənin vətəndaşlarıdır. Hər ikisi ali təhsil almağa çalışır və onların həyatı təhlükədədir. Bunun əlimdə sübutu da var”.
00:52 / 09 Aprel 2026
122
00:25 / 09 Aprel 2026
112
23:55 / 08 Aprel 2026
149
23:50 / 08 Aprel 2026
174
23:43 / 08 Aprel 2026
65
23:40 / 08 Aprel 2026
57
23:39 / 08 Aprel 2026
237
23:37 / 08 Aprel 2026
73
23:35 / 08 Aprel 2026
54
23:33 / 08 Aprel 2026
58
23:30 / 08 Aprel 2026
49
23:24 / 08 Aprel 2026
61
23:22 / 08 Aprel 2026
71
23:20 / 08 Aprel 2026
57
23:14 / 08 Aprel 2026
53
23:00 / 08 Aprel 2026
81
22:46 / 08 Aprel 2026
71
22:44 / 08 Aprel 2026
174
22:40 / 08 Aprel 2026
3394
22:34 / 08 Aprel 2026
64
22:28 / 08 Aprel 2026
127
22:25 / 08 Aprel 2026
2119
22:22 / 08 Aprel 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.