Aysun atasına "QOVUŞDU" - FOTO
22 Yanvar 2026, 18:08
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1485
06.12.2019, 20:44
"Güclü qadınam. Gücümü və ilhamı Allahdan alıram. Ən ağır vaxtlarımda dua edirəm, Qurandan ayələr oxuyuram, Allahla danışıram. Bu mənə mənəvi güc verir. Əlbəttə ki, həyat hər zaman gözlədiyimiz kimi getmir, müsbət və mənfi hadisələr olur. Uğursuzluqları və xoş olmayan hadisələri xatırlamağı sevmirəm, unuduram. Və heç vaxt onun heyfini almıram".
Oxu24.com bildirir ki, bu sözləri Əməkdar artist, tanınmış aparıcı Nailə İslamzadə publika.az-a danışarkən deyib. Həyat prinsiplərindən danışan məşhur bildirib ki, məsum və günahsız insan yoxdur:
"Yetər ki, Allahdan bağışlanmaq istəyək. Yaralarımın çox olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, nəsə baş verəndə ona heyfslənmirəm, keçmişin peşmançılığı ilə yaşamaq mənim həyat prinsiplərimə düz gəlmir. Anlayıram ki, o, baş verdiyi zaman aktual idi, bu, mənə lazım idi. "Niyə belə etdim", "Niyə mənə yara vurdu" sualları ilə özümü yormuram. Sözsüz ki, aldığımız zərbələr kiçik və ya böyük ola bilər. Yıxılanda ağılla durmağı bacarırıqsa, demək ki, gələcəkdə eyni xətanı təkrarlamamaq əsas şərtlərdən biridir. Bu da bizim xarakterimizi müəyyən edir. Yıxılmaq zəiflik əlaməti deyil, əsas odur ki, ayağa qalxmağı biləsən".
Aparıcının "Hər uğurlu kişinin arxasında güclü xanım dayanır deyirlər. Bəs güclü xanım kimi sizin əsas dayağınız kimdir" sualına cavabı belə olub:
Həmçinin oxuyun
"Güclü qadının gücü də ondadır ki, arxasında heç kim dayanmır. Həyat yoldaşımla ailə münasibətlərimiz normaldır. Əgər məni başa düşürsə və bu qədər vaxt televiziyada işləmişəmsə, demək ki, mənə arxa-dayaq olub".
Nailə İslamzadə vaxtilə bir çox rejissordan film dəvəti aldığını etiraf edib:
"Televiziyaya yeni başlayanda kinostudiyadan bizə təkliflər gəlirdi. Rafiq Hüseynov həmişə deyərdi ki, ya diktor olun, ya da aktrisa. İstəmirdi ki, kinostudiyaya gedim. Mən də diktor oldum. Bir neçə il əvvəl Vaqif Mustafayevin 60 seriyalı "Tək olanda qorxma" filmində çəkilmişəm. Qəhrəmanın taleyi faciəvi sonluqla bitmişdi. Oynamaq istədiyim bir rol yoxdur, çünki heç vaxt aktrisa olmağı düşünməmişəm. Televiziya işini daha çox sevirəm. Düşünürəm ki, aktrisa olsam, ancaq özümü oynaya bilərdim, ümumiyyətlə rola girməyi sevmirəm. Kinolarda və teatrda hər kəs özünü oynasa, daha yaxşı olar. Rola girmək üstünlük vermir, hər kəs özü olsa yaxşıdır".
18:08 / 22 Yanvar 2026
12
18:08 / 22 Yanvar 2026
11
17:42 / 22 Yanvar 2026
33
17:28 / 22 Yanvar 2026
32
17:00 / 22 Yanvar 2026
45
16:38 / 22 Yanvar 2026
41
16:36 / 22 Yanvar 2026
136
15:54 / 22 Yanvar 2026
78
15:39 / 22 Yanvar 2026
418
15:32 / 22 Yanvar 2026
178
15:26 / 22 Yanvar 2026
325
15:19 / 22 Yanvar 2026
280
15:02 / 22 Yanvar 2026
2025
14:56 / 22 Yanvar 2026
133
14:52 / 22 Yanvar 2026
88
14:29 / 22 Yanvar 2026
78
14:27 / 22 Yanvar 2026
73
14:06 / 22 Yanvar 2026
214
14:05 / 22 Yanvar 2026
68
13:59 / 22 Yanvar 2026
354
13:27 / 22 Yanvar 2026
601
13:24 / 22 Yanvar 2026
112
13:19 / 22 Yanvar 2026
659
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.