Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı aparıcı: Kişi kişi ilə sevişir, kimə ərə gedim?

2019-11/1574056360_686176_01.jpg

ŞOU-BİZNES

1887

18.11.2019, 09:51

\"\"  Heç kimlə, nə sevgili olmaq istəyərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm, mənə kənardan adam lazımdır.
Oxu.Az xəbər verir ki, bunu teleaparıcı-aktrisa Könül Yusifqızı Azmedia.Az-a verdiyi qalmaqallı müsahibədə dilə gətirib.
O, daha sonra “Cinsi azlığı sevə bilərsiniz?” sualına “Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”, - deyərək, fikirlərini bu cür davam etdirib: “Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir. Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən! Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını güdəndən nə kişi?” {banner_reklam1}