Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19862
az

Briliant Dadaşova narazılıq etdi: Toya görə vergi ödəməli deyiləm

11:0515 Noyabr, 2019
1021
  • A
 
"Əslində toya görə vergi ödəməli deyiləm. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da, vergi ödəyirik".

Oxu24.com  xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan "3 D" verilişinin qonağı olub. Toy biznesindən danışan sənətçi şou-biznesdə onu narahat edən məsələlərə toxunub.

"Bizim şou-biznes ancaq kimisə ifşa etməkdən, biabır etməkdən, şər-böhtan atmaqdan, gündəmə gəlmək üçün böyük akulalara söz atmaqdan və s. bu kimi məsələlərdən ibarətdir. Əslində şou-biznes sənə gəlir gətirməlidir. Prodüser konsertlər təşkil etməlidir ki, rayonlarda çıxış etsin, biz balaca ölkə olduğumuz üçün çətindir. Bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Bizim şou-biznesimiz toydan ibarətdir. Toy da olmasa məndən gərək mahnılar gözləməyəsiniz. Toydan gələn gəlirlə klip çəkdirir və mahnılar yazdırıram.

Əlbəttə vergi ödəyirəm. Əslində toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik.

{banner_reklam1}


Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Söylədim ki, o qədər pul qazanmamışam axı, necə gətirim o pulu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusunuz. Halbuki mən o restoranı heç tanımırdım. Axırda audit danışıb, məsələni həll etdi".

Bir neçə ay əvvəl rüşvətxor məmurlara həsr etdiyi mahnını ifa edən müğənni onu narahat edən problemlərindən də söz açıb:

"Qohum-əqrəbada işsiz çoxdur. Bir neçə yerə müraciət etmişdim. Eyni zamanda oğlumu oxutmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da bitirdikdən sonra onun üçün iş axtarmağa başladım. Odur ki, bir neçə yerə müraciət etdim. Amma heç yerə əlim çatmadı, heç kim məni qəbul etmədi".

Həmçinin oxu:  Sirkdə dəhşətli anlar: Şirlər ata hücum etdi,insanlar qorxuya düşdü+VİDEO

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Afət Fərmanqızı açıqlama verdi: Yalandır +VİDEO
Azərbaycanda məşhur qadın müğənnilər eyni kişiyə ərə gedibmiş - VİDEO
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat