“Maşın”da gərginlik yenə pik həddə çatıb.
Göz yaşlarına sahib ola bilməyən Lalə Mustafayeva tamaşaçılara səslənərək yenidən onlardan səs istəyib. Daha sonra Mustafayeva mikrofon önündə həmkarı Kəmalə Piriyeva ilə sözləşib.
O, Kəmalədən şəklini qutuya atmamasını istəsə də, Piriyeva onun sözlərinə əməl etməyib.
Kəmalə isə məsələni bu cür şərh edib:
“Hələ bilmək olmaz, mən çıxsam, tribunaya səs toplayacağam ya yox? Amma mən sənə söz verməmişdim ki, sənin şəklini atmayacağam qutuya”.
Daha sonra aparıcının “şouda qalsan, oyundan kimi çıxardacaqsan?”sualına Lalə belə cavab verib:
“Mənə oyunçular tələ qurdular. Hamı ilə xoş münasibət saxladığıma görə, burada məni ikiüzlü adlandırırlar. Realiti-şou olsa da, özüm kimi olmalıyam. Amma şouda qalsam, heç kəsi çıxarmayacağam. Çünki həqiqətən çıxara bilmərəm. Çox pis seçim vəziyyətindəyəm”.
Sonda Lalə Mustafayeva səs toplasa da heç kəsi oyundan çıxarmayıb.
Həmçinin oxu: Günün günorta çağı baş vermiş hadisə kamerada+VİDEO
Dəhşətli görüntü:Başı bədənindən ayrılan ilan adama hücum etdi
Qorxunc görüntü: Qışqırtıya çölə çıxan qadın gördüklərindən şoka düşdü
{banner_reklam1} Oxu24.com
ŞƏRHLƏR