Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb.
Oxu24.com -un məlumatına görə, bu dəfə 10 iştirakçıdan 8-i müğənni Aysun İsmayılovanın şəklini atıb.
SMS səsverməsinə çıxarılan gənc müğənni hədəfi bəlli olsa da, adını açılamayıb.
“Dünəndən xahiş etdim ki, mənim şəklimi atın. Haqsızlığa dözə bilmirəm. Hədəfim artıq bəllidir, ad çəkməyəcəyəm. Şouda qalsam, hədəfimi deyib onu da çıxardacam. Hədəfimin adını gizli saxlamaq istəyirəm”.
Amma şounun birinci saatının sonuna yaxın Aysun İsmayılova sirrini saxlaya bilməyib. O, hədəfinin Məcid Hüseynov olduğunu bildirib.
Amma 44,96 fazi səs toplayan Aysun İsmayılova şounu özü tərk etməli oldu. Beləliklə bu dəfə "Maşın" Aysun İsmayılova üçün əldən getdi.
Oxu24.com
ŞƏRHLƏR