Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti Fidan Hacıyevaya vəzifə verildi

2019-09/1568389806_785962.jpg

ŞOU-BİZNES

704

13.09.2019, 19:49

\"\" Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub. Məktəbin direktor vəzifəsinə opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə \"Azərbaycan Respublikasının Əməkdar Artisti\" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının \"Peşəkar vokal ifaçılarının müsabiqəsi\"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə \"Xalq artisti\" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk \"Karmen\" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin \"Karmen\"i adlandırılır.